Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib


Siyasət 19 Noy 2025 18:49:00 64 0

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında" qərarın yekdilliklə qəbul edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sözsüz ki, bu, tarixi miqyasda hadisədir. O, Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərhüquqlu və əməkdaşlıq zəminində güclü birliyini, onların ayrılmazlığı və bölünməzliyi üzrə tarixi talelərinin düzgün qavranılmasını təcəssüm etdirir.

Qəti əminəm ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir.

Əsrlər boyu xalqlarımızı coğrafi qonşuluq, ortaq sivilizasiya kökləri, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlərin yaxınlığı birləşdirib. Bununla da müstəqillik şəraitində qarşılıqlı münasibətlərin nadir arxetipik nümunəsi yaradılıb və bu gün o, hazırkı və gələcək kontinental proseslərin inkişafında - siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə və humanitar sahələrdə güclü amildir.

Məhz Mərkəzi Asiya və Azərbaycan transkontinental, çoxvektorlu qarşılıqlı əlaqədə əsas vəsilə olmaq vəzifəsini öz öhdələrinə götürüblər, bu olmadan tarazlaşdırılmış, uğurlu və davamlı müasir iqtisadi arxitekturanın yaradılması mümkün deyil. Artıq ölkənizin bu ali məqsədin reallaşmasında iştirakı əlavə güclü siyasi-hüquqi təməllə möhkəmləndirilib.

Əziz qardaşım, Məşvərət Görüşü formatı bütün iştirakçılar üçün sülh, etimad, harmoniya, mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün vacib platforma rolunu oynayır. Fəxr edirəm ki, Türkmənistan bu siyasi qarşılıqlı fəaliyyət formasının başlanğıcında dayanıb. Ölkəmizin Məşvərət Görüşünün yaradılması təşəbbüsü on beş ildən də çox əvvəl Özbəkistanda elan edilib və tam şəkildə dəstəklənib.

Növbəti addım Qazaxıstanda ilk rəsmi Məşvərət Görüşü oldu, burada çoxtərəfli dialoqun ideoloji təməlləri qoyuldu, onun uzunmüddətli məqsədləri və perspektivləri müəyyən edildi.

Bunun ardından razılaşdırılmış plana uyğun olaraq görüşlər Türkmənistanda, Qırğızıstanda və Tacikistanda keçirildi. Regiondaxili əməkdaşlığın əsas məsələləri və beynəlxalq gündəlik etimad əsasında və açıq atmosferdə müzakirə edildi, əhəmiyyətli qərarlar və razılaşmalar əldə olundu. Zaman bu formatın yaradılmasının düzgünlüyünü, onun aktuallığını və səmərəliliyini, xalqların və istisnasız olaraq bütün iştirakçı dövlətlərin fundamental maraqlarına uyğunluğunu göstərdi.

Qarşılıqlı anlaşmanın inkişafında, Məşvərət görüşlərinin əhəmiyyətinin və nüfuzunun artmasında yeni bir mərhələ Mərkəzi Asiya Dövlət Başçılarının Fəxri nişanının təsis edilməsi idi. Onun ilk laureatı Tacikistan Respublikasının Prezidenti oldu.

Hörmətli İlham Heydər oğlu, mənim üçün xüsusi qürur və şərəf hissi doğuran fakt ondan ibarətdir ki, ölkəmizin təklifi ilə bu ilin avqust ayında "Avaza" Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransı (UNCLDC) zamanı Mərkəzi Asiya Dövlət Başçılarının növbədənkənar Məşvərət Görüşü təşkil edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını daha da gücləndirməsini təklif etdi. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, bu təşəbbüs Daşkənddə Mərkəzi Asiya ölkələrinin prezidentləri tərəfindən tam dəstəklənib və ortaq rifaha doğru irəliləyişimiz üçün olduqca əhəmiyyətli və perspektivli bir fakta çevrilib.

İnanıram ki, Sizin ölkənizin siyasi nüfuzunu, onun nəhəng resurs, sənaye, texnoloji potensialını, mədəni və humanitar sahələrdə əldə olunmuş nailiyyətlərini nəzərə alaraq, Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında həlledici amil, müasir regional və beynəlxalq inkişaf istiqamətlərində fəal iştirakın stimulu olacaq, məsuliyyətli, vahid mövqedən çıxış edən tərəfdaşlar, qlobal koordinasiya sistemində özünün layiqli rolunu və yerini dərk edən, qarşıya qoyulan məqsədlərə birlikdə çatmağa hazır olan Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın rolunu, çəkisini artıracaq.

Hörmətli İlham Heydər oğlu, Sizi gələn il Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə əziz qardaş və dost qismində gözləyirik.

Ən səmimi təbriklərimi qəbul etməyinizi bir daha xahiş edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə və beynəlxalq fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, səadət, əmin-amanlıq və tərəqqi arzulayıram".

Efirə qadın cangüdənlərlə gəldi like
  • 19 Noy 18:42  
Şou-biznes Efirə qadın cangüdənlərlə gəldi

Müğənni Şəbnəm Tovuzlu canlı efirə xanım cangüdənlərlə qatılıb.

arrow Ətraflı
Xanəndə Şakiranın mahnısını oxudu like
  • 19 Noy 18:13  
Şou-biznes Xanəndə Şakiranın mahnısını oxudu

Tanınmış xanəndə və idmançı Pərviz Qasımov fərqli ifa tərzi ilə mar

arrow Ətraflı
Yaşlıların uzaq durmalı olduğu 4 çərəz növü açıqlandı like
  • 19 Noy 18:00  
Digərləri Yaşlıların uzaq durmalı olduğu 4 çərəz növü açıqlandı

Çərəzlər sağlam yağlar, liflər, vitaminlər və minerallar baxımından f

arrow Ətraflı
Roza Cəlilova dəfn edildi  FOTO like
  • 19 Noy 17:56  
Kriminal Roza Cəlilova dəfn edildi FOTO

Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəf

arrow Ətraflı
“Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ”  FOTO like
  • 19 Noy 17:43  
Digərləri “Bakıda məşhur mağazadan üzük aldım, daşı saxta çıxdı ” FOTO

"Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satıl

arrow Ətraflı
Azərbaycanlı müğənni gözlərinin rəngini DƏYİŞDİRƏCƏK like
  • 19 Noy 17:35  
Şou-biznes Azərbaycanlı müğənni gözlərinin rəngini DƏYİŞDİRƏCƏK

Müğənni Şəbnəm Qəhrəmanova televiziya efirində şəxsi görünüşü il

arrow Ətraflı
2026cı ildə evlənəcək 4 BÜRC  Evlilik təklifi yoldadır like
  • 19 Noy 17:20  
Digərləri 2026cı ildə evlənəcək 4 BÜRC Evlilik təklifi yoldadır

2026-cı il yaxınlaşdıqca bir çox bürc üçün münasibətlərdə sabitlik,

arrow Ətraflı
"Məni öldürmək istəyirlər" like
  • 19 Noy 17:12  
Dünya "Məni öldürmək istəyirlər"

Tanınmış ukraynalı jurnalist Dmitri Qordon ona qarşı sui-qəsd hazırland�

arrow Ətraflı
Onlara əlavə vəzifə verildi like
  • 19 Noy 17:06  
Digərləri Onlara əlavə vəzifə verildi

Azərbaycanda yeni yaradılmış Xüsusi İcra Məmurlarının Müsabiqə və İ

arrow Ətraflı
Sumqayıtdakı məktəbdə yardım pulu müəllimlərin əlindən alınır  Səs yazısı yayıldı like
  • 19 Noy 17:00  
Digərləri Sumqayıtdakı məktəbdə yardım pulu müəllimlərin əlindən alınır Səs yazısı yayıldı

Sumqayıtda yerləşən 37 nömrəli tam orta məktəblə bağlı bəzi qanunsuz

arrow Ətraflı
Hikmət Hacıyev Alison Hukerin ilə ErmənistanAzərbaycan sülh gündəliyini müzakirə edib like
  • 19 Noy 16:55  
Siyasət Hikmət Hacıyev Alison Hukerin ilə ErmənistanAzərbaycan sülh gündəliyini müzakirə edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məs�

arrow Ətraflı
Əməkdar artist plastik əməliyyatdan sonra like
  • 19 Noy 16:52  
Şou-biznes Əməkdar artist plastik əməliyyatdan sonra

Əməkdar artist Ruhəngiz Allahverdiyeva keçirdiyi plastik əməliyyatlardan s

arrow Ətraflı
Dünyanın ən böyük təyyarəsi görüntüləndi  FOTO like
  • 19 Noy 16:41  
Dünya Dünyanın ən böyük təyyarəsi görüntüləndi FOTO

Dünyanın ən böyük təyyarəsi "Pathfinder 1" San-Fransisko səmas

arrow Ətraflı
Moskvanın məşhur hotelində yanğın  400 nəfər təxliyə edildi  FOTO like
  • 19 Noy 16:37  
Digərləri Moskvanın məşhur hotelində yanğın 400 nəfər təxliyə edildi FOTO

Moskvanın mərkəzində yerləşən "Radisson Blue Olympic" otelində

arrow Ətraflı