Canan Karatay tövsiyəsi: Doşabla birlikdə qəbul edin, damarları açır, erkən yaşlanmanı önləyir
Digərləri 24 Okt 2025 08:41:00 108 0
Türkiyənin məşhur həkimi Canan Karatay, tahinin xüsusilə doşabla birlikdə istehlak edildikdə sağlamlığa olan faydalarını vurğulayır. Onun sözlərinə görə, tahin qan dövranını tənzimləyir, damar tıxanıqlığının qarşısını alır və erkən yaşlanmanı gecikdirir.
Bu xəbəri də oxu: Qubada “Tesla Cybertruck”lı TOY
Son.az xəbər verir ki, tahin antiinflamatuar xüsusiyyətləri ilə immuniteti gücləndirir, xolesterol səviyyəsini azaldır və ürək xəstəlikləri ilə insult riskini minimuma endirir. İçindəki kalsium və maqnezium qan təzyiqinin tənzimlənməsində təsir göstərir.
Ənənəvi təbii üsullarda istifadə olunan tahin və limon qarışığı, enerji səviyyəsini artırır, yorğunluğu azaldır və həm kişilərdə, həm də qadınlarda mayalanmanı dəstəkləyir.
Tahin B vitamini ilə zəngindir, hüceyrələri yeniləyərək saçların parlaq olmasına kömək edir. İçərisindəki sink isə kollagen istehsalını dəstəkləyərək dərinin sağlam qalmasına kömək edir.
Küncüt toxumları, E vitamini, amin turşuları və yağ turşuları ilə zəngindir, bu da dəridə erkən yaşlanma əlamətlərini azaldır və hüceyrələrin yenilənməsini təşviq edir.
Tahin Omega 3 və Omega 6 yağ turşuları ilə sinir hüceyrələrinin sağlam işləməsini dəstəkləyir, yaddaşı gücləndirir və beyin fəaliyyətinə müsbət təsir göstərir.
Tahin kalsium, fosfor, maqnezium, dəmir və kalium baxımından zəngindir. Bu minerallar sümüklərin, əzələlərin və digər bədən funksiyalarının sağlamlığı üçün vacibdir.
Xüsusilə vegan və ya vegeterian qidalananlar üçün tahin, dəmir alımını artıraraq qan istehsalına və oksigen daşınmasına kömək edir.
Tahin E vitamini və antioksidantlarla zəngindir, bu da immuniteti gücləndirir və sərbəst radikallara qarşı müdafiə təmin edir.
Lif baxımından zəngin olması səbəbindən həzm sistemi üçün faydalıdır, bağırsaq hərəkətlərini təşviq edir və qəbizliyi azaldır.
İçərisindəki lizin kollegen istehsalını dəstəkləyərək dərinin elastikliyini qoruyur.
Tahini balanslı qidalanma çərçivəsində müntəzəm istehlak etmək tövsiyə olunur. Lakin yüksək kalorili olduğundan miqdarı nəzarətdə saxlanmalıdır, xüsusilə kilo kontrolu zamanı.
Küncütə qarşı allergiyası və ya tahinə qarşı həssaslığı olan şəxslər diqqətli olmalıdır. Hər hansı bir sağlamlıq problemi və ya xüsusi diyet mövcuddursa, əvvəlcə həkimlə məsləhətləşmək vacibdir. Lalə Qüdrətova Son.az
Amerikalı alimlər meyvə və tərəvəzləri təzə saxlamağın elmi yolları
Netflix-də yayımlanan yeni Türk serialı "Enfes Bir Akşam" beynəl
Soyuq hava mövsümünün başlaması ilə birlikdə bir çox evdə paltar qurut
600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qal
Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə - Həkim gündə birinin kifa
"Tezliklə insanlar işləmək məcburiyyətində qalmayacaq: süni intelle
Meksika hakimiyyəti sentyabrda Texas sərhədindən cəmi 113 km məsafədə ö
Uzun illər sağlam həyatın əsas qaydası kimi göstərilən "gündə 8
Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsə
Ərini öldürüb həyətdə basdırdı.. Üstünə gül, mandarin əkdi, giriş
Xalq artisti Miri Yusiflə bağlı maraqlı detal üzə çıxıb.
Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
Dünyaca məşhur kamança ifaçısı Mark Eliyahu Bakı konsertindən əvvəl a
Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün
