Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR
Digərləri 24 Okt 2025 05:05:00 93 0
600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qalıb...
Bu xəbəri də oxu: Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi
Son.az Xəzər TV-yə istinadən bildirir ki, məktəblərə direktorların işə qəbulu prosesinə oktyabrın 30-u saat 11:00-da start veriləcək. Namizədlər noyabrın 11-i saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə, sertifikatlaşdırlma prosesində toplanılan nəticələr nəzərə alınacaq. Qurum rəsmisi deyir ki, vakant yerlər 2 istiqamətdə olacaq. Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər.
Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesindən də danışıb. Bildirib ki, cari ildə 16 mindən çox müəllim prosesi uğurla tamamlayıb. 6 mindən çox müəllim hər ay əmək haqqına 35%, 10 mindən çox müəllim isə 10%-dən çox əlavə alır.. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyyəçi-müəllimlərin işə qəbuluna gəlincə, o, bildirib ki, prosesin test imtahanı mərhələsi artıq başa çatıb və keçid balları məlumdur.
Agentlik rəsmisi bildirib ki, bu həftə sonu bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu mərhələdə müdirlərə 120 dəqiqə vaxt, 60 sual veriləcək. 1400-dən artıq rəhbər şəxs prosesə cəlb olunacaq. Prosesin nəticəsi onların əmək münasibətlərinə təsir etməyəcək.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə - Həkim gündə birinin kifa
"Tezliklə insanlar işləmək məcburiyyətində qalmayacaq: süni intelle
Meksika hakimiyyəti sentyabrda Texas sərhədindən cəmi 113 km məsafədə ö
Uzun illər sağlam həyatın əsas qaydası kimi göstərilən "gündə 8
Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsə
Ərini öldürüb həyətdə basdırdı.. Üstünə gül, mandarin əkdi, giriş
Xalq artisti Miri Yusiflə bağlı maraqlı detal üzə çıxıb.
Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
Dünyaca məşhur kamança ifaçısı Mark Eliyahu Bakı konsertindən əvvəl a
Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün
Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib
Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad e
"Yeməyi meyvə şirələri və qazlı içkilərlə içmək sağlamlıq ü�
Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin yaşadığı evin qar
