Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı Hər kəs izlənilir


Digərləri 19 Okt 2025 13:49:00 82 0

Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı  Hər kəs izlənilir

Dünyada hər saniyə milyonlarla telefon siqnalı havada dolaşarkən, bəzi şəxslər bu məlumatlardan yalnız texniki məqsədlər üçün deyil, həm də qlobal nəzarət vasitəsi kimi istifadə edib. Sadə insanlardan jurnalistlərə, iş adamlarından siyasətçilərə qədər minlərlə nəfərin izlənildiyi müəyyənləşib. Üstəlik, bunun üçün nə casus proqram, nə də mürəkkəb fırıldaqlara ehtiyac olub - sadəcə bir telefon nömrəsi kifayət edib. Hətta "WhatsApp" kimi şifrələnmiş tətbiqlərin də sındırıldığı iddia olunur. Bəs bu necə mümkün olub və sistem necə işləyir?

Son.az xəbər verir ki, müstəqil jurnalistlərdən ibarət "Lighthouse Reports" qrupunun bir illik araşdırması nəticəsində, avstriyalı Jozef Fuks tərəfindən qurulan "PT First Wap International" telekommunikasiya şirkətinin 1970-ci illərdə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən hazırlanmış "SS7 siqnallaşma sistemi" vasitəsilə sadəcə telefon nömrələrindən istifadə edərək çox sayda insanı izlədiyi aşkar edilib.

Minlərlə nömrə, yüz minlərlə məkan məlumatı

"Lighthouse" komandasına daxil olan müstəqil jurnalistlər 2024-cü ildə dünyanın demək olar bütün ölkələrindən minlərlə telefon nömrəsini və yüz minlərlə məkan məlumatını əhatə edən arxivə çıxış əldə edib. 1,5 milyon sətri olan məlumat bazasını təhlil edən araşdırmaçılar, illərlə izlənilən minlərlə nömrə aşkar ediblər. 

Nəticədə mərkəzi İndoneziyanın paytaxtı Cakartada yerləşən, lakin bir qrup avropalı tərəfindən idarə olunan "First Wap"ın qlobal "telefon izləmə imperiyası" qurduğu müəyyən olunub.

Şifrəli mesajlaşma tətbiqləri də sındırılıb

Hesabata əsasən, şirkət "Altamides" adlı proqram vasitəsilə dünyanın istənilən yerindəki telefonu iz buraxmadan izləyə bilib. Proqram təkcə məkan izləməsi deyil, həm də mesajların və telefon danışıqlarının dinlənilməsi, hətta "WhatsApp" kimi tətbiqlərin şifrələrinin qırılması imkanına malik olub.

İzlənənlər arasında Əsma Əsəd və Liat Ben Ari də var

14 mindən çox telefon nömrəsi üzərində aparılan təhlil nəticəsində jurnalistlər siyahıda Suriyanın sabiq lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin, "Blackwater" şirkətinin qurucusu Erik Prinsin və İsrail Baş naziri Benyamin Netanyahunun məhkəmə işlərinə baxan Tel-Əviv prokuroru Liat Ben Arinin adlarını da müəyyən ediblər.

Ruandalı müxalif lider Patrik Karegeyanın öldürülmədən öncə izlənildiyi, "23andMe" şirkətinin qurucusu Enn Vodçiskinin Silikon vadisində min dəfədən çox təqib olunduğu, italyan jurnalist Canluici Nuzzinin isə Vatikan qalmaqalını ifşa etdikdən qısa müddət sonra izlənildiyi də təsdiqlənib.

Jurnalistlər 160-dan çox ölkədə bu sistem vasitəsilə izlənmə aparıldığını müəyyən ediblər. Ən çox izlənmə Avropa qitəsində, habelə İsrail, Kolumbiya, Venesuela, Nigeriya, Los-Anceles və Moskva kimi yerlərdə qeydə alınıb. Şirkət isə bu izləməni "cinayət, terrorizm və korrupsiya ilə mübarizə məqsədi ilə hüquq-mühafizə orqanlarının sifarişi" kimi təqdim edib.

"Bu, sadəcə texnoloji boşluq deyil"

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssis, professor doktor Əli Murat Kırık bu hadisəni "rəqəmsal dövrün ən böyük nəzarət qalmaqallarından biri" adlandırır:

"Burada insanların cihazlarına heç bir casus proqram yüklənmədən, yalnız nömrə vasitəsilə izlənməsi baş verir. Bu, şəxsi məxfiliyin açıq şəkildə pozulmasıdır. Üstəlik, burada yalnız siyasətçilər deyil, ictimai maraqlara xidmət edən jurnalistlər və aktivistlər də hədəf alınıb. Bu isə məsələnin həm etik, həm hüquqi, həm də insani böhran olduğunu göstərir".

"Texnologiya irəliləsə də, təhlükə miras kimi qalır"

Kırık bildirir ki, SS7 sistemi 1970-ci illərdə hazırlanıb və müasir təhlükəsizlik mexanizmlərindən məhrumdur. Buna baxmayaraq, telekommunikasiya şirkətləri "geriyə uyğunluq" səbəbilə hələ də bu köhnə protokolu istifadə edir. "Bu, telekom təhlükəsizliyində ciddi islahatlara ehtiyac olduğunu göstərir", deyə professor əlavə edib.

"Klassik hücumdan daha təhlükəlidir"

Mütəxəssisə görə, "Altamides" kimi proqramlar "Pegasus" tipli casus proqramlardan fərqli olaraq, telefona deyil, birbaşa şəbəkə səviyyəsinə müdaxilə edir:

"Bu, istifadəçilərin heç bir xəbərdarlıq almadan, cihazlarında heç bir iz buraxmadan izlənilməsi deməkdir. Belə izləmə üsulları klassik kiberhücumdan daha təhlükəlidir, çünki istifadəçi özünü qoruya bilmir".

"WhatsApp təfərrüatı oğrudursa, vəziyyət daha da ağırdır"

Əgər "Altamides" doğrudan da şifrəli mesajlaşma sistemlərini aşa bilirsə, bu, tətbiqlərin öz şifrələməsini deyil, məlumat ötürülməsi mərhələsindəki şəbəkə zəifliklərini istismar etdiyini göstərir.

"SS7-nin köhnə strukturu sui-istifadə olunur"

"SS7 sistemi müasir kimlik doğrulama və giriş nəzarətindən məhrumdur. Buna baxmayaraq, hələ də istifadə olunur, çünki yeni nəsil 4G və 5G şəbəkələri belə bu sistemə geriyə uyğunluq məqsədilə bağlı qalır", deyə Kırık bildirib.

İnsanların yalnız telefon nömrəsi ilə bu qədər geniş şəkildə izlənməsi, şəxsi həyatın gizliliyinin demək olar ki, aradan qalxması deməkdir./qaynarinfo

Dünya şöhrətli yazıçı vəfat etdi like
  • 19 Okt 13:38  
Şou-biznes Dünya şöhrətli yazıçı vəfat etdi

Norveçin tanınmış yazıçısı Roy Yakobsen 70 yaşında vəfat edib.

arrow Ətraflı
Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri like
  • 19 Okt 13:30  
Digərləri Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri

Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilmə

arrow Ətraflı
Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı like
  • 19 Okt 13:14  
Digərləri Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı

Saç tökülməsi yalnız genetik və hormonal faktorlarla bağlı deyil. Mütə

arrow Ətraflı
Yerin ən böyük adası ilə bağlı mühüm kəşf: Qrenlandiya hərəkət edir və formasını dəyişir like
  • 19 Okt 12:54  
Dünya Yerin ən böyük adası ilə bağlı mühüm kəşf: Qrenlandiya hərəkət edir və formasını dəyişir

Son onilliklərdə baş verən iqlim dəyişikliyi nəticəsində buzlaqların �

arrow Ətraflı
Ramiz Mehdiyev hazırda AMEAdan nə qədər maaş alır?  RƏQƏM like
  • 19 Okt 12:41  
Digərləri Ramiz Mehdiyev hazırda AMEAdan nə qədər maaş alır? RƏQƏM

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev

arrow Ətraflı
Bu kəndlərin adları dəyişdiriləcək  SƏBƏBLƏR like
  • 19 Okt 12:35  
Digərləri Bu kəndlərin adları dəyişdiriləcək SƏBƏBLƏR

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quru

arrow Ətraflı
Ramiz Mehdiyev işində adı çəkilən deputatlardan SƏRT REAKSİYA like
  • 19 Okt 12:27  
Digərləri Ramiz Mehdiyev işində adı çəkilən deputatlardan SƏRT REAKSİYA

Azərbaycan siyasi gündəmini silkələyən Ramiz Mehdiyev qalmaqalı ilə bağ

arrow Ətraflı
Leysan yağacaq, dolu düşəcək   SABAHIN HAVASI like
  • 19 Okt 12:20  
Digərləri Leysan yağacaq, dolu düşəcək SABAHIN HAVASI

Oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Elektromobil idxalında kəskin azalma  Səbəb nədir? like
  • 19 Okt 12:17  
Digərləri Elektromobil idxalında kəskin azalma Səbəb nədir?

Bir neçə ildir ki, dünyada elektrikli avtomobillərə tələbat artsa da, öl

arrow Ətraflı
Zahid Oruc ittihamlara belə cavab verdi like
  • 19 Okt 12:08  
Siyasət Zahid Oruc ittihamlara belə cavab verdi

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mər

arrow Ətraflı
Oktay Kaynarca yeni serialla ekranlara qayıdır like
  • 19 Okt 12:00  
Şou-biznes Oktay Kaynarca yeni serialla ekranlara qayıdır

Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni serial layihəsində yer alacaq.

arrow Ətraflı
Sahara əsrin sonuna qədər yaşıllaşa bilər: Afrikada “yağış dövrü” başlayacaq like
  • 19 Okt 11:43  
Digərləri Sahara əsrin sonuna qədər yaşıllaşa bilər: Afrikada “yağış dövrü” başlayacaq

Qlobal iqlim dəyişikliyi dünyanın bir çox bölgəsində yağıntı rejimin�

arrow Ətraflı
Bakıda vəzifəli şəxsin ailəsində faciə  İkinci övladını itirdi like
  • 19 Okt 11:41  
Digərləri Bakıda vəzifəli şəxsin ailəsində faciə İkinci övladını itirdi

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.   

arrow Ətraflı
Binalar daha tez qocalmayacaq: "Nəzarət daha da güclənəcək" like
  • 19 Okt 11:27  
Digərləri Binalar daha tez qocalmayacaq: "Nəzarət daha da güclənəcək"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək

arrow Ətraflı