Zahid Oruc ittihamlara belə cavab verdi


Siyasət 19 Okt 2025 12:08:00 61 0

Zahid Oruc ittihamlara belə cavab verdi

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc barəsində yazılanlara münasibət bildirib.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, yayılan iddiaları böhtan adlandırıb:

"Ünvanıma yazılan böhtanın-36 ildir həyatda olmayan atamın adını da qarışdırıb 25 ildir sədaqətlə və şərəflə gəldiyimiz yola-Ulu öndər Heydər Əliyev və qalib lider İlham Əliyev kursuna, ideallarına xidmətə böhtan və şər yaxılması bizi dövlətimizə, xalqımıza, nəhayət, Qələbəmizə dönmədən, usanmadan, son nəfəsimizədək xidmətdən geri çəkindirə bilməz.

1993-cü ildən bu günədək bir əqidədə olmuşuq-fərqindəyik, çoxları ondan narahat olublar. Üstəlik, bəzən, qələm fəhləliyimizi də çoxları hansısa maraqlarına təhlükə sayıblar. Lakin indi Ramiz Mehdiyevin ağır dövləti cinayətləri və ondan bəhs edən məqalədə üstümüzə atılan böhtanı görəndə susa bilmərik.

Kimliyindən asılı olmayaraq, hakimiyyət çevrilişinə cəhd və dövlətə xəyanət ən sərt cəzaya layiqdir. Lakin hər kəs əməlinə özü cavab verməlidir və verəcək. Dövlətə və cənab Prezidentə xəyanət bağışlana bilməz. Ona görə də iki gün əvvəl söylədik: xəyanətin siyasi mənsubiyyəti və yaşı olmur. Xüsusilə xarici kəşfiyyatla əlaqəli baş verən bir qəsdin bəraəti yoxdur.

Lakin 2003-cü ildə dövlətə qarşı daş atanlar indi o silahları sədaqət və ləyaqətlə Dövlətə xidmət edən Zahid Orucun adını ləkələmək üçün atırlar. Ətraflı

Bilin və agah olun-alnım o qədər açıqdır ki, heç bir gizli layihədə, görüşdə, xarici kəşfiyyat mərkəzləri ilə əlaqədə, yaxud dövlətimizin əleyhinə planda iştirakımız olmayıb, kimisə "ata"lıqda görməmişik, heç bir şəxsin kölgəsinə sığınıb klan, tayfa, qrup və ya siyasi birlikdə iştirak etməmişik, nəhayət, kiməsə saxta obraz düzəldib onun xəstə planlarına xidmət etməmişik. Heç vaxt ola bilməz...Qanımız və canımızla hamını əmin edirik.

Dövlətimizin etimad göstərdiyi sahələrdə fəhlə kimi çalışmışıq: gecə-gündüz, yalnız bir amalla yorulmadan işləmişik.

Bir siyasi əqidədə yol gələrkən, hər zaman möhtərəm cənab Prezidentdən yüksək ehtiram görmüşük. Yüksək ideallarla xidmət üçün bundan böyük dayağımız olmayıb.

Qoy hər kəs bilsin - zərrə qədər şübhəsi ola varsa da inansın - mən Zahid Oruc, o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm.

Tam əksinə, bir beyin mərkəzinin təmsilçisi və siyasət adamının görə biləcəyi nə varsa, onu etmişik - Prezidentə və Dövlətə ləyaqətlə xidmət.

Əmin edirik-bizi böhtan və şərlə Rəhbərin gözündən sala bilməyəcəklər..."

Qeyd edək ki, mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu, ondan "dövlət adamı" obrazı düzəltməyə çalışdığı və "atası" adlandırdığı vurğulanır.

Oktay Kaynarca yeni serialla ekranlara qayıdır like
  • 19 Okt 12:00  
Şou-biznes Oktay Kaynarca yeni serialla ekranlara qayıdır

Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni serial layihəsində yer alacaq.

arrow Ətraflı
Sahara əsrin sonuna qədər yaşıllaşa bilər: Afrikada “yağış dövrü” başlayacaq like
  • 19 Okt 11:43  
Digərləri Sahara əsrin sonuna qədər yaşıllaşa bilər: Afrikada “yağış dövrü” başlayacaq

Qlobal iqlim dəyişikliyi dünyanın bir çox bölgəsində yağıntı rejimin�

arrow Ətraflı
Bakıda vəzifəli şəxsin ailəsində faciə  İkinci övladını itirdi like
  • 19 Okt 11:41  
Digərləri Bakıda vəzifəli şəxsin ailəsində faciə İkinci övladını itirdi

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.   

arrow Ətraflı
Binalar daha tez qocalmayacaq: "Nəzarət daha da güclənəcək" like
  • 19 Okt 11:27  
Digərləri Binalar daha tez qocalmayacaq: "Nəzarət daha da güclənəcək"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək

arrow Ətraflı
Niyaməddin Musayevdən mahnılarını ifa edən gənclərə şərt like
  • 19 Okt 11:07  
Şou-biznes Niyaməddin Musayevdən mahnılarını ifa edən gənclərə şərt

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara ça�

arrow Ətraflı
DYP MƏLUMAT YAYDI  Bu sürücülər məsuliyyət daşıyır like
  • 19 Okt 10:58  
Digərləri DYP MƏLUMAT YAYDI Bu sürücülər məsuliyyət daşıyır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qaba

arrow Ətraflı
Qan analizi ilə 50dən çox xərçəng növü müəyyən edilə bilər  YENİ TƏDQİQAT like
  • 19 Okt 10:51  
Digərləri Qan analizi ilə 50dən çox xərçəng növü müəyyən edilə bilər YENİ TƏDQİQAT

Yeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçə

arrow Ətraflı
KİV: Putin Trampla telefon danışığında Ukrayna hərbçilərinin “DXR”dən çıxarılmasını tələb edib like
  • 19 Okt 10:32  
Dünya KİV: Putin Trampla telefon danışığında Ukrayna hərbçilərinin “DXR”dən çıxarılmasını tələb edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danış�

arrow Ətraflı
Oktyabrın üçüncü maqnit qasırğası BAŞLADI like
  • 19 Okt 09:50  
Digərləri Oktyabrın üçüncü maqnit qasırğası BAŞLADI

Alimlərin əvvəlcədən proqnozlaşdırdığı növbəti maqnit qasırğası a

arrow Ətraflı
Göygöldə ər və arvadı maşın vurub like
  • 19 Okt 09:28  
Digərləri Göygöldə ər və arvadı maşın vurub

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəs

arrow Ətraflı
"Sənin sözün damarlarıma yayılıb" like
  • 19 Okt 09:16  
Şou-biznes "Sənin sözün damarlarıma yayılıb"

Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, yazıçı Çingiz Ələkb

arrow Ətraflı
Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir? like
  • 19 Okt 08:41  
Digərləri Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?

Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yen

arrow Ətraflı
“Xoşbəxtlik ailə qurmaqda deyil" like
  • 19 Okt 08:08  
Şou-biznes “Xoşbəxtlik ailə qurmaqda deyil"

"Heç vaxt qadın kimi xoşbəxt olmağın əsasını ailə qurub, uşaq sa

arrow Ətraflı
Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır like
  • 19 Okt 07:07  
Digərləri Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Qidalanma üzrə mütəxəssislər bildirir ki, 50 yaş və yuxarı şəxslər b

arrow Ətraflı