Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?
Digərləri 19 Okt 2025 08:41:00 73 0
Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yeni bir dövrdür. Bu mərhələdə hormon səviyyələri düşür və sinir hüceyrələri azalan siqnallara fərqli reaksiya verməyə başlayır. Mütəxəssislər bildirir ki, beyin düzgün həyat tərzi ilə yenidən proqramlana bilər.
Bu xəbəri də oxu: Bazarda arabaçı işləyir: adına 5 şirkət var,
Nevroloq Prof. Dr. Derya Uludüz xəbərdarlıq edir: "Hormon tarazlığı, qidalanma, stress idarəsi və aktiv həyat bir yerdə tətbiq olunarsa, beynin qocalma prosesi yavaşladılır."
Estrogen azalanda - yaddaş və diqqət zəifləyir
Estrogen yalnız qadınlıq hormonu deyil, beyində sinir hüceyrələri arasında əlaqəni gücləndirən əsas tənzimləyicidir. Bu hormon yaddaşı, diqqəti və öyrənmə prosesini aktiv saxlayır, serotonin və dopamin istehsalını dəstəkləyir.
Menopozda estrogen azaldıqda:
Nevron əlaqələri zəifləyir Yaddaşda ləngimə, söz tapmaqda çətinlik yaranır Diqqəti toplamaq çətinləşirNə etməli? Həftədə ən az 5 dəfə açıq havada yüngül idman Kətan toxumu, nar, soya kimi bitki mənşəli estrogen mənbələri Sarıkök, zəncəfil, rozmarin - beyin damarlarını qoruyur
Estrogen azalanda serotonin də aşağı düşür, nəticədə:
Ruh halı tez dəyişir Motivasiya azalır "Özümü əvvəlki kimi hiss etmirəm" düşüncəsi yaranırNə etməli? Səhər 20 dəqiqə günəş vannası Yumurta, yulaf, banan, qoz - serotonin istehsalını artırır Sakit tempdə gəzinti və nəfəs məşqləri - dopamin üçün təbii dəstək
Progesteron beynin təbii sakitləşdiricisidir. Azaldıqda:
Yuxuya getmək çətinləşir Gecələr tez oyanma baş verir Stress hormonu kortizol yüksəlir Beyin gecə toksinləri təmizləyə bilmir - demans riski artır
Nə etməli? Hər gün eyni saatda yatmaq Yatmazdan əvvəl melisa, lavanda və ya çobanyastığı çayı 4-7-8 nəfəs texnikası ilə stressin azaldılması Şəkər, ağ un və kafeini azaltmaq
Testosteron yalnız kişilərə aid deyil - qadın beyninin enerji mənbəyidir. Azaldıqdaenerji azalır, qərarsızlıq, halsızlıq və motivasiya itkisi olur.
Nə etməli? Həftədə bir neçə dəfə yüngül ağırlıq məşqləri Proteinli və sinklə zəngin qidalar: ət, balıq, yumurta, badam, mərci, avokado, fıstıq Kiçik, real məqsədlər qoymaq - beynin motivasiya mərkəzini aktivləşdirir
Menopozdan sonra beyin "enerji qənaəti" rejiminə keçir, diqqət və öyrənmə yavaşlayır. Bu, tez-tez yaşanan zehni yorğunluq və bulanıqlığın əsas səbəbidir.
Nə etməli? Zeytun yağı, balıq, avokado kimi antiinflamatuar qidalar Həftədə 150 dəqiqə orta tempdə gəzinti - beyinin qan dövranını artırır Lalə Qüdrətova Son.az
"Heç vaxt qadın kimi xoşbəxt olmağın əsasını ailə qurub, uşaq sa

Qidalanma üzrə mütəxəssislər bildirir ki, 50 yaş və yuxarı şəxslər b

Keçmiş televiziya aparıcısı, hazırda uğurlu biznes-ledi və amerikalı mi

Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmaya görə, cüt

ABŞ-nin birinci xanımı olan və Ağ evdə yaşayan Melaniya Trampın günün

Hindistanın Tamil Nadu ştatı min illərdir sirr olaraq qalan İndus yazısın

Xalq artisti Gülyanaq Məmmədova qayınanası ilə bağlı danışıb.

Xalq artisti Brilliant Dadaşova sosial media hesabında paylaşım edib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Aparıcı Aytən Səfərova böyük oğlu Raul ilə bağlı paylaşım edib.

Qanunvericiliyin tələblərinə müvafiq olaraq, taksi minik avtomobilləri il�

Həftə sonları çox yatmaq sağlamığa zərər vurur.

Bəzi tarixlərdə doğulan insanlar pul xərclədikcə daha da zənginləşirl�

38 yaşdan yuxarı şəxslərə mütəxəssislərdən ciddi xəbərdarlıq gəli
