Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri
Digərləri 19 Okt 2025 13:30:00 70 0
Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq.
Bu xəbəri də oxu: Vatsapda yeni qayda tətbiq ediləcək
Maraqlıdır, sağlamlığa zərərli tikinti materialları hansılardır?
İnşaat üzrə ekspert Elnur Azadov bildirdi ki, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir: "Asbestdən şiferlər istehsal olunurdu. Son 5-10 il ərzində artıq onu dəmir texnologiyalar əvəz edir. Bu səbəbdən asbestdən hazırlanan şiferlərin istifadəsi sıfıra enib. Hazırda bu məhsuldan çox az həcmdə satılır. İkinci təhlükəli məhsul asbestdən hazırlanan borulardır. Həmin borular davamlı olur. Adətən açıq havada istifadə edilmir. Əsasən torpağın altında olur. Məsələn, kanalizasiya borularında asbest borulardan istifadə edilirdi. Onların satışı da hazırda çox azdır. Çünki istifadəsi məhdudlaşdırılıb. Artıq daha yüngül, ucuz başa gələn materiallardan istifadə olunur".
E.Azadovun sözlərinə görə, bu kimi zərərli materiallardan hər birimiz evimizdə istifadə edirik: "Təhlükəli məhsullardan biri də mebel istehsalında tanıdığımız formaldehitdir. Ondan mətbəx mebeli və digər mebellərdə yapışdırıcı kimi istifadə edirlər. Mebel açıq şəkildə qalanda onun tozu zərərli sayılır. Amma mebelin daxilində olduqda insan sağlamlığına o qədər də zərər vurmur. Plastik və laminat materiallar da təhlükəlidir. Çünki onlar birbaşa insan orqanizmi ilə təmasdadır. Məsələn, ucuz laminatın istehsalında bəzi komponentlər olur ki, onlar qapalı, havalanmayan məkanlarda zərərli maddələr buraxırlar. Bu da insan orqanizmi üçün təhlükəlidir".
Ekspertin fikrincə, bu sahə dərindən təhlil edilməli, klinik testlər, elmi tədqiqatlar aparılmalıdır. Hər bir inşaat materialının təhlükəsizlik təlimatı olur. Araşdırdıqdan sonra seçim etmək daha məsləhətdir.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev də düşünür ki, ölkəmizdə tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə yeni tədbirlər planının hazırlanması zəruri və təqdirəlayiq addımdır: "Dünya təcrübəsi də göstərir ki, bəzi materiallar insan sağlamlığı üçün ciddi risklər daşıyır. Buna misal olaraq asbesti, qurğuşun qarışıqlı boyaları, formaldehit və digər üzvü birləşmələr buraxan ucuz yapışqan və plastikləri göstərə bilərik. Asbest ağciyər xərçəngi riski yaradır. Qurğuşun tərkibli boyalar isə uşaqlarda sinir sisteminin zədələnməsinə səbəb olur. Formaldehit və uçucu üzvü maddələr isə astma, allergiya, xroniki bronxit və hətta xərçəng yaradır. Həmçinin radon qazı buraxan bəzi təbii daşlar və yanğın zamanı toksik tüstü buraxan keyfiyyətsiz izolyasiya materialları da təhlükəli hesab olunur. Ona görə burada məsələ onların təkcə texniki uyğunsuzluğu deyil. Həmçinin insan sağlamlığı üçün ciddi təsirlərini nəzərə almalıyıq".
O.Musayev bildirir ki, Avropa ittifaqı, ABŞ, Yaponiya və digər ölkələrdə zərərli materiallara illərdir məhdudiyyətlər tətbiq olunur. Məsələn, Avropada asbest tamamilə qadağan edilib. ABŞ-da qurğuşun qarışıqlı boyalardan tamamilə imtina olunub. Asiya ölkələrində isə formaldehid səviyyəsinə ciddi nəzarət var: "Azərbaycanda da bu qaydaların tətbiqi həm insanların sağlamlığını qoruyacaq, həm də tikinti sektorunun dayanıqlılığı və inkişafına şərait yaradacaq".
Saç tökülməsi yalnız genetik və hormonal faktorlarla bağlı deyil. Mütə

Son onilliklərdə baş verən iqlim dəyişikliyi nəticəsində buzlaqların �

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Ərazi quru

Azərbaycan siyasi gündəmini silkələyən Ramiz Mehdiyev qalmaqalı ilə bağ

Oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Bir neçə ildir ki, dünyada elektrikli avtomobillərə tələbat artsa da, öl

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mər

Türkiyəli məşhur aktyor Oktay Kaynarca yeni serial layihəsində yer alacaq.

Qlobal iqlim dəyişikliyi dünyanın bir çox bölgəsində yağıntı rejimin�

Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır faciə üzv verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara ça�

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qaba
