Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb


Siyasət 17 Okt 2025 19:24:00 71 0

Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, İkinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, İkinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə təşəkkürünü bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.  Son.az 

Gələn il Qarabağ və Şərqi Zəngəzura xərclənəcək məbləğ açıqlandı like
  • 17 Okt 19:11  
Digərləri Gələn il Qarabağ və Şərqi Zəngəzura xərclənəcək məbləğ açıqlandı

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,5 milyard manat xərcl

arrow Ətraflı
Sərnişinin halı pisləşdi  Təyyarə təcili Bakıya endi like
  • 17 Okt 19:09  
Digərləri Sərnişinin halı pisləşdi Təyyarə təcili Bakıya endi

"Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc mar�

arrow Ətraflı
Azərbaycandan meyvətərəvəz ixracının həcmi açıqlandı like
  • 17 Okt 18:39  
Digərləri Azərbaycandan meyvətərəvəz ixracının həcmi açıqlandı

Azərbaycan 2025-ci ildə 2024-ün eyni dövrü ilə müqayisədə 31 faiz daha

arrow Ətraflı
2026cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib like
  • 17 Okt 18:38  
Digərləri 2026cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "

arrow Ətraflı
Süni intellekt seçdi  Gülşən Hacıyeva “Zeekr 001” qazandı! like
  • 17 Okt 18:35  
Digərləri Süni intellekt seçdi Gülşən Hacıyeva “Zeekr 001” qazandı!

Son.az xəbər verir ki, Bakcell-in süni intellekt lotereyasında 14 avtomobild

arrow Ətraflı
Rəşad Abbasova yeni vəzifə verildi like
  • 17 Okt 18:31  
Digərləri Rəşad Abbasova yeni vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr ş

arrow Ətraflı
Azərbaycanın Bəhreyndə səfirliyi təsis edilib like
  • 17 Okt 18:30  
Siyasət Azərbaycanın Bəhreyndə səfirliyi təsis edilib

Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Sə

arrow Ətraflı
Beyləqandakı qəzada yaralanan digər qardaş da öldü like
  • 17 Okt 18:30  
Digərləri Beyləqandakı qəzada yaralanan digər qardaş da öldü

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri d

arrow Ətraflı
Məhkəmə Hannibal Qəddafi barədə qərar verdi like
  • 17 Okt 18:15  
Dünya Məhkəmə Hannibal Qəddafi barədə qərar verdi

Livanın Ədliyyə Şurasının müstəntiq hakimi Zaher Hamadeh cümə günü m

arrow Ətraflı
Azərbaycanda ilk dəfə olaraq D8 Həftəsi təşkil edilir like
  • 17 Okt 18:11  
Digərləri Azərbaycanda ilk dəfə olaraq D8 Həftəsi təşkil edilir

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İl

arrow Ətraflı
Deputatlığa namizəd canlı yayımda öldü like
  • 17 Okt 18:00  
Dünya Deputatlığa namizəd canlı yayımda öldü

Argentinalı deputat namizədi canlı yayımda vəfat edib.

arrow Ətraflı
Arif Bayramov vəfat edib like
  • 17 Okt 17:54  
Digərləri Arif Bayramov vəfat edib

Mərkəzi Nəbatət Bağının keçmiş rəhbəri, biologiya elmləri doktoru, p

arrow Ətraflı
Bənəniyar su anbarında balıqların kütləvi tələfatının səbəbi açıqlandı like
  • 17 Okt 17:50  
Digərləri Bənəniyar su anbarında balıqların kütləvi tələfatının səbəbi açıqlandı

Culfa rayonunun Bənəniyar su anbarında balıqların kütləvi tələfatının

arrow Ətraflı