Bənəniyar su anbarında balıqların kütləvi tələfatının səbəbi açıqlandı
Digərləri 17 Okt 2025 17:50:00 63 0
Culfa rayonunun Bənəniyar su anbarında balıqların kütləvi tələfatının səbəbləri açıqlanıb.
Bu xəbəri də oxu: Meyvətərəvəz BAHALAŞDI
Son.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, suyun azalması nəticəsində anbarın bəzi hissələrində kiçik gölməçələr yaranıb:
"Bu kiçik gölməçələrdə suyun həcmi az olduğu üçün oksigen səviyyəsi kritik həddə düşüb. Nəticədə balıqların təbii yaşayış mühitində oksigen çatışmazlığı yaranıb və tələfat müşahidə olunub. Bu vəziyyət su hövzəsinin ekoloji tarazlığına ciddi mənfi təsir göstərib. Suyun səviyyəsinin azalması əsasən bölgədə uzunmüddətli quraqlıq dövrünün davam etməsi, çay axınlarının zəifləməsi, yağıntı miqdarının normadan aşağı düşməsi və buxarlanmanın artması ilə əlaqədardır.
Oktyabrın 16-da Bənəniyar su anbarında baş verən təbii hadisə ilə bağlı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər. Birgə aparılan tədbirlər çərçivəsində balıqların oksigen çatışmazlığından qorunması və onların təbii yaşayış mühitinə uyğun şəraitdə saxlanmasını təmin etmək üçün kiçik gölməçələrdə qalan canlı balıqlar su anbarının hələ dolu olan hissələrinə köçürülüb".
Məlumatda vurğulanıb ki, gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən su və ətraf nümunələr götürülüb, analizlər aparılıb:
"Analizlərin cavabları məlum olduqdan sonra görüləcək müvafiq tədbirlər müəyyən ediləcək. Hazırda su anbarının balıqlar tələf olan kiçik hissəsindəki bütün canlı balıqlar xilas edilib. Bu gün isə su anbarının təmizlənməsi işləri həyata keçirilir".
Bu gün Şabranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum

Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkd�

Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu nəticəsində 7 pakistanl

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.

Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "D

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş

Müğənni Mənzurə Musayeva qonaq olduğu verilişində şəxsi həyatı ilə

Perunun yeni hökuməti cümə axşamı açıqlayıb ki, korrupsiya və mütəş

Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.

Keçmiş məmur çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərind

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlük�

2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət gös
