Toy günü gəlinin ataanası ölmüşdü Kürəkən cəzalandırıldı
Digərləri 17 Okt 2025 17:45:00 73 0
Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Mopedlər dövlət qeydiyyatına alınacaq Sürücülük vəsiqəsi tələb olunacaq
Son.az qafqazinfo-ya isitinadla xəbər verir ki, hadisə ötən il dekabrın 28-i saat 08:38 radələrində rayonun Arazbarı kəndi ərazisində baş verib.
Həmin gün Cəbrayılın Cocuq Mərcanlı kəndində Xəyyamın baldızının toyu keçirilməli imiş. O, həyat yoldaşı, övladları, qayınanası və qayınatası ilə birgə sübh saatlarında Bakıdan rayona yola çıxıb. Lakin yorğun və yuxulu olduğundan onun idarə etdiyi "Opel" markalı avtomobil Biləsuvarda E.Kərimlinin sürdüyü "VAZ"la toqquşub. Nəticədə özü, arvadı Gözəl, oğlu Hüseyn və qızı Məlahət xəsarət alıblar. Qayınanası Şöhlət hadisə yerində, qayınatası Tofiq isə aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada vəfat edib. Digər maşındakı şəxslərdən Məryəmxanım Kərimova və İlqar Kərimov da hadisə yerində ölüblər, bir nəfər isə yaralanıb.
Qəza səbəbindən isə toy xeyli müddət sonraya təxirə salınıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Xəyyam bildirib ki, baş vermiş hadisə həyatını alt-üst edib: "Yol-nəqliyyat qəzasında özüm də qayınatam və qayınanam daxil olmaqla yaxın qohumlarımı itirmişəm. Baldızımın toyunu yasa çevirdiyim üçün qohum-əqrəba arasına çıxa bilmirəm. Qarşı tərəfdən də rəhmətə gedənlər olub. Qəzanın ehtiyatsızlıqdan baş verdiyini, əməlimdən səmimi peşmanlığımı, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməyimi, bununla əlaqədar borca düşdüyümü, işləyib qaytarmalı olduğumu, bundan başqa, himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Uşaqlarım da hadisədə xəsarət aldı, onkoloji xəstəlikdən əziyyət çəkən arvadım da mənim himayəmdədir. Ailənin yeganə gəlir gətirən fərdi olmağım nəzərə alınmaqla yekun qərarda işləməyimə şərait yaradılması üçün azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm".
Xəyyam Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə və əlavə olaraq 4 il sürücülük hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilib. O, müəyyən şərtlər daxilində məntəqətipli cəzaçəkmə müəssisəsini tərk edə biləcək.
Son.az
Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu nəticəsində 7 pakistanl

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.

Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "D

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş

Müğənni Mənzurə Musayeva qonaq olduğu verilişində şəxsi həyatı ilə

Perunun yeni hökuməti cümə axşamı açıqlayıb ki, korrupsiya və mütəş

Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.

Keçmiş məmur çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərind

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlük�

2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət gös

Bakıda Türkiyənin tanınmış aktyoru Görkem Sevindikin oxşarı yaşayır.

Yunanıstan parlamenti geniş ictimai etirazlara və ümummilli tətillərə bax
