Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq BU TARİXDƏN


Digərləri 17 Okt 2025 16:28:00 71 0

Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq  BU TARİXDƏN

2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Son.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.

Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.

Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.

Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam etdiriləcək.

Bakıda "Eşref Rüya"nın məşhur aktyorunun oxşarı üzə çıxdı  VİDEO like
  • 17 Okt 16:20  
Digərləri Bakıda "Eşref Rüya"nın məşhur aktyorunun oxşarı üzə çıxdı VİDEO

Bakıda Türkiyənin tanınmış aktyoru Görkem Sevindikin oxşarı yaşayır.

arrow Ətraflı
Bu ölkədə 13 saatlıq iş günü qanuniləşdi like
  • 17 Okt 15:55  
Dünya Bu ölkədə 13 saatlıq iş günü qanuniləşdi

Yunanıstan parlamenti geniş ictimai etirazlara və ümummilli tətillərə bax

arrow Ətraflı
MDByə üzv dövlətlərin təhlükəsizlik qurumlarının 57ci iclası keçirilib  FOTO like
  • 17 Okt 15:48  
Siyasət MDByə üzv dövlətlərin təhlükəsizlik qurumlarının 57ci iclası keçirilib FOTO

Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-y

arrow Ətraflı
Robert De Niro Bakıda restoran açacaq like
  • 17 Okt 15:27  
Şou-biznes Robert De Niro Bakıda restoran açacaq

Amerikalı kino ulduzu Robert De Niro Bakıda restoran açmağa hazırlaşır.

arrow Ətraflı
Beyləqanda sirkədən zəhərlənən 13 yaşlı qız Bakıya təxliyə olundu like
  • 17 Okt 15:21  
Digərləri Beyləqanda sirkədən zəhərlənən 13 yaşlı qız Bakıya təxliyə olundu

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib. 

arrow Ətraflı
Noyabrda mühüm hərbi razılaşma: ABŞ bu ölkə ilə  yaxınlaşır like
  • 17 Okt 15:14  
Dünya Noyabrda mühüm hərbi razılaşma: ABŞ bu ölkə ilə yaxınlaşır

Səudiyyə Ərəbistanı və ABŞ noyabrda geniş hərbi əməkdaşlıq sazişi

arrow Ətraflı
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi  Vəziyyəti ağırdır like
  • 17 Okt 15:04  
Şou-biznes Məşhur aktrisa xəstəxanaya yerləşdirildi Vəziyyəti ağırdır

Fransız aktrisa Brigitte Bardot "ağır xəstəlik" səbəbilə artı

arrow Ətraflı
Maliyyə Nazirliyi pensiyalarla bağlı məlumat yaydı like
  • 17 Okt 14:50  
Digərləri Maliyyə Nazirliyi pensiyalarla bağlı məlumat yaydı

"Hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cüml

arrow Ətraflı
Madaqaskarın yeni prezidenti o oldu like
  • 17 Okt 14:47  
Dünya Madaqaskarın yeni prezidenti o oldu

Polkovnik Maykl Randrianirina hərbi çevrilişdən sonra Madaqaskarın yeni pre

arrow Ətraflı
Məşhur rektor VƏFAT ETDİ like
  • 17 Okt 14:42  
Digərləri Məşhur rektor VƏFAT ETDİ

1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-

arrow Ətraflı
Prezident Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4cü iclasının iştirakçılarına müraciət ünvanlayıb like
  • 17 Okt 14:17  
Siyasət

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya

arrow Ətraflı
Azərbaycanda gəlin qaynatasından uşaq dünyaya gətirdi  7 il sonra həqiqət üzə çıxdı like
  • 17 Okt 14:14  
Digərləri Azərbaycanda gəlin qaynatasından uşaq dünyaya gətirdi 7 il sonra həqiqət üzə çıxdı

Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla

arrow Ətraflı
ABŞdə təyyarə qəzaya uğradı  3 nəfər həlak oldu like
  • 17 Okt 14:09  
Dünya ABŞdə təyyarə qəzaya uğradı 3 nəfər həlak oldu

Oktyabrın 16-da axşam Miçiqan ştatının Bath Township şəhərində təyyar

arrow Ətraflı