Padişah və balıqçı Yunus Oğuz yazır


Digərləri 17 Okt 2025 14:44:00 70 0

Padişah və balıqçı  Yunus Oğuz yazır

Yunus Oğuz 

Pritça

Bir gün padişah  daş-qaşla bəzədilmiş taxtında oturmuşdu, baş vəziri də ayaq üstə  ləbbeyk durub onun əmrini gözləyirdi. Bu gün qəbul günü idi. Padişah sarayın qənşərinə üç yonulmuş sal daş  qoydurmuşdu. Bir  sal daşı şikayətçilər üçün nəzərdə tutulmuşdu. Kim şikayətə gəlsə idi, birinci daşın üstündə otururdu. İkinci daşın üstündə tacirlər əyləşirdi. Üçüncü daş isə elçilik üçün nəzərdə tutulmuşdu. Bu gün birinci daşın günü olduğundan, padişah çox şikayətçi qəbul etmişdi. Nəhayət qəbul qurtardıqdan sonra, o vəzirinə üz tutdu:

-Vəzir, xalqsız padişah olmaz, padişahsız xalq. Sarayda bu gün çox şikayətçi qəbul etdik. Hazırlaş, indi də biz çıxaq xalq içinə,  görək nə var, nə yox, həm də başımız bir az avazasın, aydınlasın.

Baş vəzir:

-Yaxşı olardı, qibleyi-aləm, amma qiyafətimizi dəyişəcəyik?

Padişah etiraz etdi:

-Yox, ehtiyac yoxdur, qoy xalq görsün ki, padişah xalq içində seyrana çıxıb. Onlar çay qırağında gəzə-gəzə bir balıqçının yanında dayandılar.

Padişah balıqları hürkütməmək üçün astadan dedi:

-Ovun bal olsun, balıqçı!

Balıqçı baxdı ki, başının üstündə padişah dayanıb, ayağa durmaq istədikdə, o əlilə işarə edib buna  imkan vermədi, əvəzində  soruşdu:

-Qarmaq vurur, bir şey-zad tutmusan?

Balıqçı cavab verdi:

-Xeyr, qibleyi-aləm, bu  gün  hava  buludlu  olduğundan balıqlar  suyun  üstünə  çox  da  qalxmırlar.

Padişah  vəzirinə  göz vurub  dedi:

-Bax, səninlə  indi  bir  şərt  kəsəcəm.Tilovuna  nə  düşsə, onun ağırlığında  sənə  qızıl  verəcəm. Nə  deyirsən, razısan?

Balıqçı oturduğu  yerdə  qurcalandı, nə  deyə  bilərdi? Dilinin  ucunda  dilləndi: 

-Nə  təhər  məsləhətdi, qibleyi-aləm.

Bir  qədər  keçdikdən  sonra  tilov  tərpəndi. Balıqçı  tilovu  sudan  çıxaranda  gördü  ki, qarmağa  bir sümük  ilişib. Ürəyində  öz-özünə  gileyləndi: -" Hamı  gedir quş  gətirir, Şahqulu  bayquş  gətirir. Olmazdı  bir yekə sazan düşəydi qarmağa, mən də kasıbçılığın daşını ataydım?!"

Padişah baxdı ki, balıqçının əhvalı elə buludlu hava kimidi. Özünü o yerə qoymadı. Üzünü vəzirə tutub göstəriş verdi:

Məşhur rektor VƏFAT ETDİ like
  • 17 Okt 14:42  
Digərləri Məşhur rektor VƏFAT ETDİ

1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-

arrow Ətraflı
Prezident Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4cü iclasının iştirakçılarına müraciət ünvanlayıb like
  • 17 Okt 14:17  
Siyasət

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya

arrow Ətraflı
Azərbaycanda gəlin qaynatasından uşaq dünyaya gətirdi  7 il sonra həqiqət üzə çıxdı like
  • 17 Okt 14:14  
Digərləri Azərbaycanda gəlin qaynatasından uşaq dünyaya gətirdi 7 il sonra həqiqət üzə çıxdı

Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla

arrow Ətraflı
ABŞdə təyyarə qəzaya uğradı  3 nəfər həlak oldu like
  • 17 Okt 14:09  
Dünya ABŞdə təyyarə qəzaya uğradı 3 nəfər həlak oldu

Oktyabrın 16-da axşam Miçiqan ştatının Bath Township şəhərində təyyar

arrow Ətraflı
Dünyanın ən uzunömürlü insanları burada yaşayır  Sirri nədir? like
  • 17 Okt 14:01  
Dünya Dünyanın ən uzunömürlü insanları burada yaşayır Sirri nədir?

Mavi zonalar - Okinava (Yaponiya), Sardiniya (İtaliya), Nikoya yarımadası (Ko

arrow Ətraflı
“Azpulmat” əməkdaşı müştərini təhqir etdi: “Adamın mənliyi olar” – like
  • 17 Okt 13:50  
Digərləri “Azpulmat” əməkdaşı müştərini təhqir etdi: “Adamın mənliyi olar” –

"Azpulmat" bank olmayan kredit təşkilatının əməkdaşı borcu öd

arrow Ətraflı
"Mango"nun yaradıcısını oğlu öldürüb? like
  • 17 Okt 13:22  
Dünya "Mango"nun yaradıcısını oğlu öldürüb?

"Mango" markasının təsisçisi İsak Andiçin ölümünə dair yeni

arrow Ətraflı
Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı like
  • 17 Okt 13:13  
Digərləri Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı

Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yold

arrow Ətraflı
"Kişinin "bankrot" olmuşu, quşun qanadı qırığı məni tapır" like
  • 17 Okt 13:11  
Şou-biznes "Kişinin "bankrot" olmuşu, quşun qanadı qırığı məni tapır"

Müğənni Müjgan Ayxan paylaşımı ilə marağa səbəb olub. 

arrow Ətraflı
Mopedlər dövlət qeydiyyatına alınacaq  Sürücülük vəsiqəsi tələb olunacaq like
  • 17 Okt 13:06  
Digərləri Mopedlər dövlət qeydiyyatına alınacaq Sürücülük vəsiqəsi tələb olunacaq

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb oluna

arrow Ətraflı
Büdcə  transformasiyanın aynası: neftdən asılılıqdan yeni inkişaf modelinə keçid like
  • 17 Okt 12:53  
Digərləri Büdcə transformasiyanın aynası: neftdən asılılıqdan yeni inkişaf modelinə keçid

Bəzi sənədlər sadəcə mühasibat uçotunun çərçivəsindən çıxır və

arrow Ətraflı
Rusiya səhvən öz qırıcısını VURDU like
  • 17 Okt 12:51  
Digərləri Rusiya səhvən öz qırıcısını VURDU

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatl

arrow Ətraflı
Yağışlı havada özümüzü niyə üzgün hiss edirik?  AÇIQLAMA like
  • 17 Okt 12:43  
Digərləri Yağışlı havada özümüzü niyə üzgün hiss edirik? AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan yağışlı və tutqun hava şəraiti bir

arrow Ətraflı