Bakıda taksilərə limit qoyuldu
Digərləri 14 Okt 2025 14:01:00 72 0
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək.
Bu xəbəri də oxu: Qayınatasını öldürüb maşınla üstündən keçmişdi Cəzası bəlli oldu FOTO
Son.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) yeni qərar qəbul edib.
Belə ki, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 2.1-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 (iyirmi beş min) müəyyən edilsin.
2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, "Lisenziyalar və icazələr haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və bu Qərarın 1-ci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən

"Apple" şirkəti "Clips" adlı video redaktorunu rəsmi ola

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin

Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deportasiya edilib.

13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kə

Milyonlarla oyun həvəskərinin illərdir gözlədiyi Grand Theft Auto VI (GTA

"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəs

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs m�

Kubada Rusiyanın köhnə avtomobilləri fantastik qiymətə satılır.

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhdd

"Komedixana"nın sevilən simalarından olan Mənsur Şərifin görü

Hollivudun əfsanəvi aktrisası Dayan Kitonun ölümündən sonra onun arxasın

Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
