Üç uşaq anası qızı ilə sinif yoldaşı oldu 31 yaşında attestat aldı
Digərləri 14 Okt 2025 13:56:00 80 0
Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir.
Bu xəbəri də oxu: Azərbaycan əhalisinin sayı açıqlandı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Şabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Surayə Heydərovanın kiçik görünən, özü üçün isə böyük uğurundan gedir.
Onunla hələ illər öncə, jurnalist Coşqun Eldaroğlunun Şabranın ucqar dağ kəndində məktəbdən kənarda qalan uşaqlar üçün keçdiyi dərsləri lentə alan zaman tanış olmuşduq. Əslində uşaqlardan seçilməyən, arıq, çəlimsiz bu qızın 3 uşaq anası olduğunu, övladları ilə bərabər özünün də hazırlıqlara qoşulduğunu öyrənəndə təəccüblənmişdik. Nə kameraya düşmək, nə də danışmaq istəmişdi. Coşqun müəllimin sevimli şagirdlərindən olan Surayənin uşaqlıqdan ağır günlər keçirdiyini, körpə yaşlarında anasını itirdiyini, cəmi bir neçə gün məktəb üzü gördüyünü bilirdik. Əzmi, iradəsi və bacarığı sayəsində o, qarşısına qoyduğu hədəflərə addım-addım irəliləyir. Eksternat imtahanı verərək aldığı 9-cu sinif şəhadətnaməsi isə gələcək uğurlarının başlanğıcıdır.
Surayə hekayəsini "Qafqazinfo"ya belə nəql edir: "Mən demək olar ki, məktəbdə olmamışam, cəmi bir neçə gün getmişəm. Coşqun müəllimin kəndə gəlib uşaqlara dərs keçdiyini öyrənəndə əvvəlcə uşaqlarımı onun yanına aparmaq qərarına gəldim. Sonra özümdə maraq yarandı. Coşqun müəllim təklif etdi ki, mən də dərslərə qoşulum. Çox sevindim və o gündən - təxminən 4 il bundan öncə mən də dərslərə hazırlığa qoşuldum".
Həmsöhbətim deyir ki, uğurunda həyat yoldaşının böyük rolu var: "Üç övladım var - iki qız, bir oğlan. Böyük qızım Fidan 12 yaşında, oğlum Dünyamalı 11 yaşında, kiçik qızım Sadəgül isə 9 yaşındadır. Onlarla birgə oxumaq çətin deyil. Əksinə, öz övladınla sinif yoldaşı olmaq çox maraqlıdır.
Bəlkə də, əvvəllər cəmiyyətin təpkisi var idi, amma həyat yoldaşım məni dəstəklədi, hər zaman yanımda oldu. Attestat alana qədər çətinliyim o oldu ki, həm işləyir, həm uşaqlarla maraqlanır, həm də imtahana hazırlaşırdım. Yenə həyat yoldaşımın və müəllimimin dəstəyi ilə bu mərhələni keçdim. Onlar məni heç ruhdan düşməyə qoymadılar. İnşallah, 11-ci sinfin də attestatını alacağam".
S. Heydərova bu gün artıq işləyir, avtomobil idarə edir, öz ayaqları üzərində durmağa çalışır. Hədəfləri isə hələ böyükdür: "Bizim kəndimizdə məktəb 4 illikdir. Qızım 4-cü sinfi bitirdi və belə qərara gəldik ki, rayon mərkəzinə köçək. Çünki uşaqlarımızın təhsilsiz qalmasını istəmirik. Mən rayonda işləməyə başladım, insanları, cəmiyyəti daha yaxşı tanıdım. Oxumağın insan həyatını necə dəyişdirdiyini anladım. Dərk edirəm ki, gələcəkdə həyatını daha rahat yaşaması üçün hər kəs oxumalıdır. Hazırda da həyat yoldaşım mənə çox dəstək olur. O, imkanımız daxilində bir avtomobil aldı və mənə də onu idarə etməyi öyrətdi. İndi özüm maşın sürürəm və rahat işimə gedib-gəlirəm. Hədəfim ali təhsil almaq və xarici dil öyrənməkdir..."
"Apple" şirkəti "Clips" adlı video redaktorunu rəsmi ola

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin

Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deportasiya edilib.

13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kə

Milyonlarla oyun həvəskərinin illərdir gözlədiyi Grand Theft Auto VI (GTA

"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəs

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs m�

Kubada Rusiyanın köhnə avtomobilləri fantastik qiymətə satılır.

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhdd

"Komedixana"nın sevilən simalarından olan Mənsur Şərifin görü

Hollivudun əfsanəvi aktrisası Dayan Kitonun ölümündən sonra onun arxasın

Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

2020-ci ildə Qarabağın azad olunması və 2023-cü ildə Azərbaycanın əraz
