Unibank 2025ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
Digərləri 14 Okt 2025 11:55:00 94 0
Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
Bu xəbəri də oxu: Vərəm xəstəliyinin müalicəsində yeni üsul tapıldı
Unibank Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki payında 43 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib. Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "2025-ci ilin 3-cü rübü Unibank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf istiqamətlərimizi daha da möhkəmləndirdik. Unibank ölkənin real iqtisadiyyatına dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas məqsədimiz - innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır." Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29 % artıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 10,9 milyard manatı, sayı isə 337 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artdığı üçün ümumi müştəri sayı 2,2 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 17 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb. Bankın məcmu gəlirlərinin cəmi 277 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət isə 15,4 milyon manat təşkil edib. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin həcmi isə 192 milyon manat artaraq 1,9 milyard manatı ötüb.
Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14,74 % təşkil edib.
Unibank - Sənin Bankın!
Xəbərə aid video
2020-ci ildə Qarabağın azad olunması və 2023-cü ildə Azərbaycanın əraz

10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Sül

"Rebuild Karabakh" sərgisinin yerli və beynəlxalq iştirakçılar �

Wi-Fi siqnallarının təhlili ilə şəxslərin varlığı, hərəkəti - hət

Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin day

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, Ağstafa Rayon

Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda dabaq xəstəliyinin aşkar o

Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa,

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə

Comex birjasında 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın dəyəri b

Kabuslar ölmür. Onlar imperiyaların toz basmış arxivlərində öz vaxtını

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şim

"Yaprak Dökümü" serialının baş rol ifaçısı Halil Ergün illə

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ə

Yeni elmi araşdırma Şimali Amerikanın Qərb Sahilində yerləşən iki böy�
