Sabiq icra başçısı vəfat etdi FOTO
Digərləri 14 Okt 2025 11:25:00 82 0
Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ayvazalı Orucov vəfat edib.
Bu xəbəri də oxu: Nikahların sayı artdı, boşanmalar azaldı RƏSMİ
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, məlumatı mərhumun yaxınları sosial şəbəkələrdə paylaşıb. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Ayvazalı Həmid oğlu Orucov 1961-ci il martın 11-də Qazax rayonunun Qaçaq Kərəm kəndində anadan olub. 1968-1978-ci illərdə Ağstafa şəhər 24 saylı Dəmir Yol Məktəbində (indiki 3 saylı tam orta məktəb) təhsil alıb, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki İnşaat və Memarlıq Universiteti) daxil olub və 1983-cü ildə həmin ali məktəbi bitirib.
1980-ci illərin sonlarından ölkədə baş verən siyasi proseslərə biganə qalmayan Ayvazalı Orucov 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. O, Ermənistanın təcavüzünə qarşı silahlı müqavimət hərəkatında da yaxından iştirak edib. Müstəqillik əldə edildikdən sonra - 1992-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ailəli idi, dörd övladı, üç qızı və bir oğlu var. Allah rəhmət eləsin.
Xəbərə aid video
Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda dabaq xəstəliyinin aşkar o

Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa,

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə

Comex birjasında 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın dəyəri b

Kabuslar ölmür. Onlar imperiyaların toz basmış arxivlərində öz vaxtını

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şim

"Yaprak Dökümü" serialının baş rol ifaçısı Halil Ergün illə

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ə

Yeni elmi araşdırma Şimali Amerikanın Qərb Sahilində yerləşən iki böy�

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Son zamanlar ətin qiyməti bahalaşıb. Lakin sosial şəbəkələrdə bəzi ba

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıç

Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində AB�

Məşhur rusiyalı aktrisa az qala görmə qabiliyyətini itirəcəkdi.
