Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir


Siyasət 14 Okt 2025 11:05:00 75 0

Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib.

Son.az APA-ya istiandən bəyanatın mətnini təqdim edir:

"Mən Sizə Cənubi Qafqazdakı əlamətdar hadisələr və Böyük Britaniyanın Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişə reaksiyası barədə məlumat vermək istərdim.

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirib. Nəticədə sülh sazişi paraflanıb və bəyannamə imzalanıb.

Sənədlərə ATƏT-in Minsk qrupunun buraxılmasına çağırış və Ermənistanın suverenliyinə hörmət etməklə Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyi daxildir.

Böyük Britaniya əldə olunan tərəqqini alqışlayır. Bu, sülh və sabitliyə doğru mühüm addımdır.

Bununla əlaqədar biz Ermənistan və Azərbaycanla münasibətlərin səviyyəsini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəldirik.

Avqustun 24-dən 26-dək dəstəyi təsdiqləmək və praktik addımları müzakirə etmək üçün hər iki ölkəni ziyarət etmişəm.

Biz Minsk qrupunun buraxılmasını dəstəklədik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, ATƏT-in 1992-ci il embarqosu aktuallığını itirib. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə aradan qaldırır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə və ölkələrə hibrid təhdidlərə cavab daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünü qorumağa kömək edəcəkdir. İxrac lisenziyaları ciddi meyarlara görə fərdi olaraq nəzərdən keçiriləcək.

Biz bölgədəki vəziyyəti izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və firavanlığa yol açacaq. Böyük Britaniya bu dəyişiklikləri və regional sabitliyi dəstəkləmək üçün hər iki ölkə, ABŞ, AB və digər tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır".

Əli Əsədov bu agentliyə yeni səlahiyyət verdi like
  • 14 Okt 10:58  
Digərləri Əli Əsədov bu agentliyə yeni səlahiyyət verdi

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ə

arrow Ətraflı
Bu ölkədə dağıdıcı zəlzələ ola bilər  Əhaliyə ciddi xəbərdarlıq edildi like
  • 14 Okt 10:51  
Dünya Bu ölkədə dağıdıcı zəlzələ ola bilər Əhaliyə ciddi xəbərdarlıq edildi

Yeni elmi araşdırma Şimali Amerikanın Qərb Sahilində yerləşən iki böy�

arrow Ətraflı
Sosial şəbəkələrdə satılan ucuz ət hardan gəlir?  Qiyməti 12 manatdır like
  • 14 Okt 10:40  
Digərləri Sosial şəbəkələrdə satılan ucuz ət hardan gəlir? Qiyməti 12 manatdır

Son zamanlar ətin qiyməti bahalaşıb. Lakin sosial şəbəkələrdə bəzi ba

arrow Ətraflı
Kürdəmirdə ər arvadına 10 bıçaq xəsarəti yetirdi like
  • 14 Okt 10:37  
Digərləri Kürdəmirdə ər arvadına 10 bıçaq xəsarəti yetirdi

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıç

arrow Ətraflı
Tramp və Makron “qol güləşi” etdi like
  • 14 Okt 10:33  
Dünya Tramp və Makron “qol güləşi” etdi

Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində AB�

arrow Ətraflı
Tanınmış aktrisa kor qalmaqdan son anda qurtuldu  FOTO like
  • 14 Okt 10:30  
Şou-biznes Tanınmış aktrisa kor qalmaqdan son anda qurtuldu FOTO

Məşhur rusiyalı aktrisa az qala görmə qabiliyyətini itirəcəkdi.

arrow Ətraflı
Ağdamda skelet qalıqları tapıldı like
  • 14 Okt 10:21  
Digərləri Ağdamda skelet qalıqları tapıldı

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb.

arrow Ətraflı
29 illik ailələri like
  • 14 Okt 10:15  
Digərləri 29 illik ailələri

Türkiyənin tanınmış iş adamı Ali Sabancı ilə "Doğan" ailəs

arrow Ətraflı
Həm pullu, həm pulsuz parklanma yerləri təşkil edildi like
  • 14 Okt 10:10  
Digərləri Həm pullu, həm pulsuz parklanma yerləri təşkil edildi

Bakıda yeni parklanma yerləri təşkil edilib.

arrow Ətraflı
Bakıda "Range Rover" yandı like
  • 14 Okt 10:05  
Digərləri Bakıda "Range Rover" yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Uzunmüddətli gəlir üçün ən doğru seçim hansıdır  qızıl, yoxsa torpaq? like
  • 14 Okt 10:03  
Digərləri Uzunmüddətli gəlir üçün ən doğru seçim hansıdır qızıl, yoxsa torpaq?

Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və torpa

arrow Ətraflı
Bakıda 30cu Yubiley Xəzər İnşaat Həftəsi keçirilir  FOTO like
  • 14 Okt 10:01  
Digərləri Bakıda 30cu Yubiley Xəzər İnşaat Həftəsi keçirilir FOTO

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi start götürüb.

arrow Ətraflı