Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda tutuldu
Digərləri 13 Okt 2025 09:29:00 59 0
Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qətllər törətmiş və uzun müddətdir beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.
Bu xəbəri də oxu: Oğuzda maşın ağaca çırpıldı 1 nəfər öldü
Son.az modern.az-a istinadən xəbər verir ki, Hindistan mediasının məlumatına görə, Keyblvala İstanbul-Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.
Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.
Məlumata görə, Rəşid Keyblvala Hindistanda "ən çox axtarılan cinayətkarlar" siyahısında yer alır. Onun saxlanılması "sənədlərindəki uyğunsuzluqlar" səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşır.
İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, "xərac" tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.
O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı.
Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradaraq və Taylandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları "yumağa" cəhd edib. 2019-cu ildə ona qarşı "kamikadze terrorçularla əlaqə" maddəsi üzrə cinayət işi açılmış, 2020-ci ildə yenidən saxlanılmış, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olmuşdu.
Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur. Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.
Nazirlər Kabineti "Əlilliyin qiymətləndirilməsi Qaydası"na dəyi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənnilər Natavan Həbibi, Zamiq Hüseynov, Tunar Rəhmanoğlu və Nazim M�

Elm insanlarının fikrincə, qidalanma vərdişində edilən kiçik dəyişikli

Venera Şir bürcünə, Mars isə Xərçəng bürcünə girərək, qeyri-adi at�

Beynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması

Muzey deyəndə çoxlarının ağlına qədim heykəllər, rəsm əsərləri və

Banan dadlı və şirin meyvədir, qəlyanaltı üçün də əla seçim sayılı

Aparılan yeni elmi araşdırma Napoleon ordusunun 1812-ci ildə Rusiyadan faci�

Texnologiyanın inkişafı ilə ağıllı saatlar artıq yalnız premium seqment

Vyetnamdakı mağaralardan birində arxeoloqlar insan qalıqları aşkar ediblə

İtaliyanın dünyaca məşhur aktrisası və model Monika Belluççi bu gün, s

Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.

Türkiyəli aktrisa Serenay Sarıkaya, illərdir siması olduğu məşhur cins g

Fransanın yeni təyin olunan baş naziri Sebastien Lekornyu yeni hökuməti for
