Tarixdə ilk QƏTL bu ölkədə olub
Dünya 13 Okt 2025 02:02:00 59 0
Vyetnamdakı mağaralardan birində arxeoloqlar insan qalıqları aşkar ediblər. Bu qalıqların bəşər tarixində tanınan ilk qətl qurbanlarından birinə aid ola biləcəyi ehtimal olunur. Mütəxəssislərin hesablamalarına görə, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi başqa bir insan tərəfindən öldürülüb.
Bu xəbəri də oxu: HƏMAS sülh sazişinin imzalanma mərasimində
Son.az-ın məlumatına görə, tədqiqatçılar hesab edirlər ki, bu kəşf Cənub-Şərqi Asiyada insanlararası zorakılığın ən erkən sübutu ola bilər. İşlər Oksford Universitetindən Kristofer Stimsonun rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb.
Qalıqlar Txunq Bin 1 adlı mağarada aşkar edilib. Bu mağara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Çanqan kompleksinə aiddir. Baxmayaraq ki, kəllə sümüyü dəfn olunduqdan sonra çatlayıb, sümük analizi göstərib ki, TBH1 kimi qeyd olunan kişi yerli sakin olub və ölüm zamanı yaxşı fiziki vəziyyətdə imiş. Bu isə alimləri onun ölüm səbəblərini qeyri-adi şəraitdə axtarmağa vadar edib.
Müşahidələr göstərib ki, kişidə əlavə boyun qabırğası olub. Bu, yalnız insanların təxminən 1%-də rast gəlinir. Sümüklərin yanında kvarsdan hazırlanmış bir ucluq tapılıb və onun atıcı silah kimi istifadə edildiyi müəyyən edilib. Smitson Təbii Tarix Muzeyindən arxeoloq Benjamin Uttinqin sözlərinə görə, bu artefakt nə Txunq Bin 1-də, nə də qonşu yaşayış məntəqələrində tapılan alətlərə bənzəmir, bu da onun mənşəyi barədə suallar doğurur.
İtaliyanın dünyaca məşhur aktrisası və model Monika Belluççi bu gün, s

Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.

Türkiyəli aktrisa Serenay Sarıkaya, illərdir siması olduğu məşhur cins g

Fransanın yeni təyin olunan baş naziri Sebastien Lekornyu yeni hökuməti for

Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində enmə müşahidə olu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar

Yazıçı-jurnalist Nizami Rəhmanlı vəfat edib. Son.az xəbər verir ki, o

Qazaxıstanda baş tutan "Silk way Star" yarışmasında həyəcanlı

12.10.2025-ci tarixdə Bakı- Şamaxı yolunun 85-ci km-də saat 17:01 radələr

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə

Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşı ilə birgə fotosunu
