Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq
Digərləri 22 Sen 2025 19:46:00 64 0
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə münasibətlər gərginləşəcəyi halda, Vaşinqton Polşa və Baltikyanı ölkələrə müdafiə dəstəyi göstərəcək.
Son.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərlə görüşündə bu məsələyə "Bəli, bunu edəcəyəm" cavabını verib.
Qeyd edək ki, 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiya Ukraynanın qərbinə hava hücumu təşkil edib, nəticədə onlarla pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Drone-lar zərərsizləşdirilsə də, sərhədyanı bölgələrdə qalıqları tapılıb.
Polşanın Baş naziri Donald Tusk həmin gecə 19 hava məkanının pozulması halı qeydə alındığını açıqlayıb. Hadisədən sonra NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq üzvlər arasında məsləhətləşmələrə başlayıb.
Bundan əlavə, sentyabrın 19-da Rusiyaya məxsus üç hərbi təyyarə Estoniya hava sərhədini pozaraq 12 dəqiqə ölkə ərazisində qalıb. Onların Baltik dənizindəki Polşa neft platforması "Petrobaltic" üzərindən keçdiyi bildirilir.
Asya Son.az
Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.

20 sentyabr 2025-ci il tarixində Qazax Müəllimlər Seminariyasında və yeni

Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağ

"Spirtli içkilər və fastfud kişilərin reproduktiv sağlamlığına zə

Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxsə hökm oxunub.

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib

Əməkdar artist Mətanət İsgəndərli müğənni Nadir Qafarzadənin yeni ail

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

Daxili İşlər Nazirliyinin onun "Perperişan" mahnısı ilə bağlı

Türkiyədə topdansatış bazarında müəssisələrin birində güclü partlay

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vət�

"Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "i

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüzi
