Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?
Digərləri 20 Sen 2025 10:33:00 76 0
Azərbaycanda bankların kredit ödənişlərinin gecikməsinə görə tətbiq etdikləri cərimə faizləri bir-birindən fərqlənir.
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bir çox hallarda gecikmənin müddətindən asılı olaraq tətbiq edilən cərimənin məbləği ümumi borcun əhəmiyyətli hissəsinə çevrilə bilir. Vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizlərinə görə daha da artır.
Maraqlıdır, bəs qanunla ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər? Qanunvericilik bu barədə nə deyir?
Mülki Məcəlləyə görə, kredit müqaviləsi əsasında borcverən pulu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pulu müqavilədə müəyyən edilmiş müddətə faizlərin və digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürməlidir.
Qanunvericiliyə əsasən, borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və bundan irəli gələn nəticələr üçün borcverənin qarşısında məsuliyyət daşıyır.
Aşağıdakı hallar borclunun öhdəliyini gecikdirməsi sayılır:
- Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
- İcra müddəti çatanadək borcverənin etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Əgər borclu müddəti çatdıqdan sonra borcverənin xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə ödənişin icrasına dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
"Neuralink" insan fikirlərinin nitqə çevrilməsini sınaqdan keçir

Ermənistan Azərbaycanla sülh sazişinin harada imzalanacağına dair məsləh

Türkiyənin Antalya şəhərinin Aksu rayonunda güclü meşə yanğını başl

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticəl

Sentyabrın sonlarında baş tutacaq güclü Günəş tutulması bəzi bürclər

Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib.

Sosial şəbəkələrdə yayılan video narazılıq doğurub.

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzad�

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı,

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman var

Hindistanda "Apple"ın yeni iPhone 17 modeli satışa çıxarılıb.
