Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü


Siyasət 20 Sen 2025 09:04:00 58 0

Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.

"Bu tarixi hadisə həm də Azərbaycan xalqının qanı və canı bahasına əldə etdiyi böyük zəfərin ən parlaq nümayişidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri 30 il ərzində Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin silahlı qüvvələrinin işğalı altında olmuş, bu ərazilərdə yaşayan minlərlə azərbaycanlı vətənpərvər ağır sınaqlardan keçmişdir. Xocalı soyqırımı kimi faciəvi hadisələr vətəndaşlarımızın yaddaşına dərin həkk olunub. Lakin Azərbaycan xalqı uzunmüddətli mübarizənin sonunda Vətən müharibəsində qətiyyətli addımlarla öz torpaqlarını geri qaytararaq dünyaya böyük mesaj verdi: haqq-ədalət qalib gələcək".

S.Mikayılova əlavə edib ki, 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə bu torpaqların əsil sahibi olduğunu nümayiş etdirdi.

"Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri də Azərbaycanın gələcəyə olan inamını göstərir. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təşkili və yeni infrastruktur layihələri regionun iqtisadi və mədəni həyatını yenidən canlandırır. Bu, təkcə şəhərlərin deyil, həm də bu torpaqlarda yaşayan insanların həyatlarının yenidən qurulması deməkdir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, məktəblərin, xəstəxanaların, idman və mədəniyyət obyektlərinin açılışları regionun inkişafını sürətləndirir, gənclərin və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradır.

"20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü eyni zamanda milli birlik günüdür. Bu gün biz yalnız tariximizi deyil, həm də gələcəyimizi anırıq. Azərbaycan xalqı bir daha sübut edir ki, vətən sevgisi, milli birlik və həmrəylik hər bir çətinliyin öhdəsindən gəlməyin açarıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunan bölgələrə etdiyi səfərlər, burada keçirilən tədbirlər, infrastrukturun bərpası və yeni sosial obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin gücünü və xalqın iradəsini nümayiş etdirir".

S.Mikayılova vurğulayıb ki, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın tarixində qalibiyyətin, milli qürurun və gələcəyə inamın simvoludur.

"Bu gün həm də hər bir Azərbaycan vətəndaşının haqq və ədalət uğrunda mübarizənin, milli həmrəyliyin və vətən sevgisinin ən yüksək zirvəsidir. Tariximizi unutmamalı, bu əziz torpaqlarda yaşanan qəhrəmanlıqları gələcək nəsillərə yaşatmalı, Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini daim qorumaq üçün birlikdə çalışmalıyıq. Çünki Azərbaycanın gələcəyi bu günkü zəfərlərin və uğurların davamıdır".

Ürək dərmanı ilə bağlı xəbərdarlıq  bu preparatla birlikdə qəbulu ölümcül ola bilər like
  • 20 Sen 08:48  
Digərləri Ürək dərmanı ilə bağlı xəbərdarlıq bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman var

arrow Ətraflı
iPhone 17 almaq üçün növbədə DAVA  polislər gəldi like
  • 20 Sen 08:08  
Dünya iPhone 17 almaq üçün növbədə DAVA polislər gəldi

Hindistanda "Apple"ın yeni iPhone 17 modeli satışa çıxarılıb.

arrow Ətraflı
“Ən şirin zəhər”: Orqanları yavaşyavaş əridir like
  • 20 Sen 07:07  
Digərləri “Ən şirin zəhər”: Orqanları yavaşyavaş əridir

19-25 sentyabr "Şəkər istehlakına diqqət həftəsi" çərçivəsi

arrow Ətraflı
Bu da Gökhan Özenin yeni sevgilisi like
  • 20 Sen 06:06  
Şou-biznes Bu da Gökhan Özenin yeni sevgilisi

Türk müğənni Gökhan Özen illər sonra ilk dəfə sevgilisi ilə şəkillə

arrow Ətraflı
Gül kələmini belə yemək şəkərin çarəsi imiş like
  • 20 Sen 05:05  
Digərləri Gül kələmini belə yemək şəkərin çarəsi imiş

Karnabahar və digər dondurulmuş tərəvəzlər şəkər xəstəliyinə qarş�

arrow Ətraflı
"Qoz ağacının altında oturmaq olmaz" inancı düz çıxdı like
  • 20 Sen 04:04  
Digərləri "Qoz ağacının altında oturmaq olmaz" inancı düz çıxdı

"Qoz ağacının altında yatmaq bəla gətirir" inancı elmi şəkild

arrow Ətraflı
Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir?  Mütəxəssis AÇIQLADI like
  • 20 Sen 03:03  
Digərləri Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? Mütəxəssis AÇIQLADI

Öskürək orqanizmin özünü qoruma refleksi olsa da, onun səbəbi hər zaman

arrow Ətraflı
Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandı like
  • 20 Sen 02:02  
Digərləri Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandı

Rusiyalı parodontoloq Səidə Əbdurəhmanova ağız boşluğunun pis gigiyenas

arrow Ətraflı
Səhər yeməyi yeməmək infartka yol açır  Kardioloq like
  • 20 Sen 01:01  
Digərləri Səhər yeməyi yeməmək infartka yol açır Kardioloq

Səhər yeməyini ötürmək ürək-damar sistemi üçün təhlükə yarada bil�

arrow Ətraflı
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı belə cəzalandırldı like
  • 20 Sen 00:52  
Digərləri Marneulidə gürcü dilini bilməyən azərbaycanlı belə cəzalandırldı

Marneuli şəhərində gürcü bilməyən azərbaycanlı yeniyetmə şillələni

arrow Ətraflı
İstanbul boğazında sərnişin gəmisi yük gəmisi ilə toqquşdu  12 yaralı var like
  • 20 Sen 00:46  
Digərləri İstanbul boğazında sərnişin gəmisi yük gəmisi ilə toqquşdu 12 yaralı var

İstanbul Boğazında axşam saatlarında təhlükəli hadisə yaşanıb. Üs

arrow Ətraflı
Laçına qar yağır like
  • 20 Sen 00:43  
Digərləri Laçına qar yağır

Laçın rayonunun yüksəklikdə yerləşən 3 kəndinə qar yağır.

arrow Ətraflı
Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş like
  • 20 Sen 00:39  
Digərləri Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş

Yeni aparılan bir araşdırma göstərib ki, həddindən artıq arıq olmaq, ar

arrow Ətraflı
Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər  oturmağa yer yoxdur like
  • 20 Sen 00:19  
Digərləri Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər oturmağa yer yoxdur

Şagirdlər çox, sinif otağı balaca... Oturmağa yer olmadığından bəzi ş

arrow Ətraflı
"Yalı çapkını"nın aktyoru evləndi like
  • 20 Sen 00:07  
Şou-biznes "Yalı çapkını"nın aktyoru evləndi

Məşhur "Yalı Çapkını" serialında İbrahim obrazını canlandır

arrow Ətraflı