Adnan Əhmədzadənin həbs xəbəri yayıldı


Digərləri 20 Sen 2025 09:18:00 69 0

Adnan Əhmədzadənin həbs xəbəri yayıldı

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.

Bu xəbəri də oxu: Kanal rəhbəri işdən çıxdı

Son.az-ın məlumatına görə, bu barədə musavat.com "fttc"a istinadən xəbər yayıb.

Bildirilir ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq "Azeri Light" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub. 

Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.

Qeyd edək ki, A.Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.

Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü like
  • 20 Sen 09:04  
Siyasət Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı,

arrow Ətraflı
Ürək dərmanı ilə bağlı xəbərdarlıq  bu preparatla birlikdə qəbulu ölümcül ola bilər like
  • 20 Sen 08:48  
Digərləri Ürək dərmanı ilə bağlı xəbərdarlıq bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman var

arrow Ətraflı
iPhone 17 almaq üçün növbədə DAVA  polislər gəldi like
  • 20 Sen 08:08  
Dünya iPhone 17 almaq üçün növbədə DAVA polislər gəldi

Hindistanda "Apple"ın yeni iPhone 17 modeli satışa çıxarılıb.

arrow Ətraflı
“Ən şirin zəhər”: Orqanları yavaşyavaş əridir like
  • 20 Sen 07:07  
Digərləri “Ən şirin zəhər”: Orqanları yavaşyavaş əridir

19-25 sentyabr "Şəkər istehlakına diqqət həftəsi" çərçivəsi

arrow Ətraflı
Bu da Gökhan Özenin yeni sevgilisi like
  • 20 Sen 06:06  
Şou-biznes Bu da Gökhan Özenin yeni sevgilisi

Türk müğənni Gökhan Özen illər sonra ilk dəfə sevgilisi ilə şəkillə

arrow Ətraflı
Gül kələmini belə yemək şəkərin çarəsi imiş like
  • 20 Sen 05:05  
Digərləri Gül kələmini belə yemək şəkərin çarəsi imiş

Karnabahar və digər dondurulmuş tərəvəzlər şəkər xəstəliyinə qarş�

arrow Ətraflı
"Qoz ağacının altında oturmaq olmaz" inancı düz çıxdı like
  • 20 Sen 04:04  
Digərləri "Qoz ağacının altında oturmaq olmaz" inancı düz çıxdı

"Qoz ağacının altında yatmaq bəla gətirir" inancı elmi şəkild

arrow Ətraflı
Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir?  Mütəxəssis AÇIQLADI like
  • 20 Sen 03:03  
Digərləri Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? Mütəxəssis AÇIQLADI

Öskürək orqanizmin özünü qoruma refleksi olsa da, onun səbəbi hər zaman

arrow Ətraflı
Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandı like
  • 20 Sen 02:02  
Digərləri Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandı

Rusiyalı parodontoloq Səidə Əbdurəhmanova ağız boşluğunun pis gigiyenas

arrow Ətraflı
Səhər yeməyi yeməmək infartka yol açır  Kardioloq like
  • 20 Sen 01:01  
Digərləri Səhər yeməyi yeməmək infartka yol açır Kardioloq

Səhər yeməyini ötürmək ürək-damar sistemi üçün təhlükə yarada bil�

arrow Ətraflı
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı belə cəzalandırldı like
  • 20 Sen 00:52  
Digərləri Marneulidə gürcü dilini bilməyən azərbaycanlı belə cəzalandırldı

Marneuli şəhərində gürcü bilməyən azərbaycanlı yeniyetmə şillələni

arrow Ətraflı
İstanbul boğazında sərnişin gəmisi yük gəmisi ilə toqquşdu  12 yaralı var like
  • 20 Sen 00:46  
Digərləri İstanbul boğazında sərnişin gəmisi yük gəmisi ilə toqquşdu 12 yaralı var

İstanbul Boğazında axşam saatlarında təhlükəli hadisə yaşanıb. Üs

arrow Ətraflı
Laçına qar yağır like
  • 20 Sen 00:43  
Digərləri Laçına qar yağır

Laçın rayonunun yüksəklikdə yerləşən 3 kəndinə qar yağır.

arrow Ətraflı
Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş like
  • 20 Sen 00:39  
Digərləri Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş

Yeni aparılan bir araşdırma göstərib ki, həddindən artıq arıq olmaq, ar

arrow Ətraflı
Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər  oturmağa yer yoxdur like
  • 20 Sen 00:19  
Digərləri Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər oturmağa yer yoxdur

Şagirdlər çox, sinif otağı balaca... Oturmağa yer olmadığından bəzi ş

arrow Ətraflı