Quru sərhədlərin açılmasının vaxtıdır


Digərləri 20 Sen 2025 10:59:00 62 0

Quru sərhədlərin açılmasının vaxtıdır

Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

"Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu qeyd edib.

Bundan qabaq da Gürcüstan dəmiryolu vasitəsilə qurudan gediş-gəliş üçün müraciət etmişdi. 

Azərbaycanda karantin oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 1-dən sonra qonşu ölkələrin də israrları nəzərə alınaraq, quru sərhədlərin açılması mümkündürmü?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Modern.az-a bildirib ki, bu bərədə ölkəmizin rəsmi qurumlarının açıqlamaları əsasında proseslərin dəyərləndirilməsi daha doğru olar:

"Səfir Müctəba Dəmirçioğlu iranlı jurnalistlərin Biləsuvar sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı sualını iki ölkə arasında sərhədyanı ticarətin genişlənməsi, ortaq sənaye şəhərciyinin, azad ticarət zonasının yaradılıması kontekstindən dəyərləndirib. Düşünürəm ki, Müctəba Dəmirçilunun açıqlamasında bu məqamla bağlı yer alan fikirləri daha dəqiq şəkildə təqdim etmək lazımdır. Sitat: "Ümid edirik ki, iki tərəf arasında aparılan məsləhətləşmələr və əldə olunan razılaşmalar əsasında Biləsuvar sərhəd-keçid məntəqəsi tezliklə yenidən açılacaq, sərnişinlər və turistlər üçün quru nəqliyyatı imkanı yaradılacaq".

Düşünürəm ki, Məsud Pezeşkianın ölkəmizə rəsmi və işgüzar səfərləri zamanı iki ölkə arasında əlaqələrin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmalar reallaşdırılacaq və təbii ki, bu kimi mühüm məsələlərlə bağlı, ölkəmizin rəsmi qurumlarının açıqlamaları əsasında proseslərin dəyərləndirilməsi daha doğru olar".

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı qonşu ölkələrin müraciətlərinə müsbət reaksiya verəcəyimizə ancaq ümid etmək olar, artıq vaxt yetişib:

"Ancaq ümid edə bilərik ki, buna  müsbət reaksiya olacaq. Quru sərhədlərin bağlı olması həm turizmə, həm sərhədyanı ticarətə, həm də insanlararası münasibətlərə, eləcə də sosial-psixoloji problemlərə səbəb olur. Belə vəziyyətin aradan qaldırılmasının vaxtı çoxdan yetişib. Azərbaycanda formal olaraq, karantin rejimi davam etdiyi üçün quru sərhədləri bağlı saxlanılır. Karantin rejiminin özü suallar yaradır. Dünyada karantin bitib, artıq heç bir ölkədə belə bir şey yoxdur. Təhlükəsizliklə bağlı Azərbaycanın haqlı narahatlıqları var. Amma Azərbaycan güclü dövlətdir. Ölkəmizin hüquq-mühafizə orqanları, ordusu, sərhəd qoşunları kifayət qədər güclü imkanlara malikdir. Təhlükəsizliyə qarşı hər hansı təhdid, problem ehtimalı yaranarsa, hüquq-mühafizə və təhlükəsizlik orqanları asanlıqla və peşəkarcasına bunun öhdəsindən gələ bilərlər".

Partiya sədri vurğulayıb ki, quru sərhədlərin açılmasının iqtisadiyyata çox müsbət təsirləri ola bilər:

"Həm də bu, sərhədyanı ticarətin, turizmin artmasına gətirib çıxarar. Rəqəmlər də bunu sübut edir. 2019-cu illə müqayisədə ötən il gələn turistlərin sayı 2 dəfə aşağı olub. Bu onu göstərir ki, quru sərhədlərin bağlı qalması turizmə çox mənfi təsir göstərir. Azərbaycanın turizmi prioritet sahə elan etdiyini də nəzərə alsaq, quru sərhədlərin açılması bu sahədə gəlirlərin artmasına, yeni iş yerlərinin yaradılmasına, həm də iqtisadi canlanmaya ciddi təkan verə bilər".

11 ildən sonra Vaşinqtonda Suriya bayrağı qaldırıldı like
  • 20 Sen 10:46  
Dünya 11 ildən sonra Vaşinqtonda Suriya bayrağı qaldırıldı

ABŞ-nin paytaxtı Vaşinqtonda Suriyanın 2014-cü ildə bağlanan səfirliyind

arrow Ətraflı
ABŞdə helikopter qəzaya uğradı  4 hərbçi öldü like
  • 20 Sen 10:37  
Dünya ABŞdə helikopter qəzaya uğradı 4 hərbçi öldü

"MH-60 Black Hawk" helikopterinin Vaşinqton ştatında qəzaya uğra

arrow Ətraflı
Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik? like
  • 20 Sen 10:33  
Digərləri Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Azərbaycanda bankların kredit ödənişlərinin gecikməsinə görə tətbiq e

arrow Ətraflı
Kanal rəhbəri işdən çıxdı like
  • 20 Sen 10:28  
Digərləri Kanal rəhbəri işdən çıxdı

Təhsil TV-nin direktoru Jalə Əliyeva vəzifəsindən gedib.

arrow Ətraflı
Fikri səsə çevirən çip hazırlanır like
  • 20 Sen 10:22  
Digərləri Fikri səsə çevirən çip hazırlanır

"Neuralink" insan fikirlərinin nitqə çevrilməsini sınaqdan keçir

arrow Ətraflı
Ermənistan Azərbaycanla sülh sazişinin imzalanacağı yeri məsləhətləşməyə hazırdır like
  • 20 Sen 10:18  
Siyasət Ermənistan Azərbaycanla sülh sazişinin imzalanacağı yeri məsləhətləşməyə hazırdır

Ermənistan Azərbaycanla sülh sazişinin harada imzalanacağına dair məsləh

arrow Ətraflı
Türkiyə fəlakətlə üzüzə  Hotellər təxliyə edildi like
  • 20 Sen 10:13  
Digərləri Türkiyə fəlakətlə üzüzə Hotellər təxliyə edildi

Türkiyənin Antalya şəhərinin Aksu rayonunda güclü meşə yanğını başl

arrow Ətraflı
Bacıqardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı like
  • 20 Sen 10:08  
Digərləri Bacıqardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticəl

arrow Ətraflı
Balıq BAHALAŞDI like
  • 20 Sen 09:58  
Digərləri Balıq BAHALAŞDI

Son illərlə müqayisədə balıq məhsullarının qiymətində nəzərəçarpa

arrow Ətraflı
Günəş tutulması bürclərə necə təsir edəcək? like
  • 20 Sen 09:52  
Digərləri Günəş tutulması bürclərə necə təsir edəcək?

Sentyabrın sonlarında baş tutacaq güclü Günəş tutulması bəzi bürclər

arrow Ətraflı
"Telegram"dan YENİLİK like
  • 20 Sen 09:40  
Digərləri "Telegram"dan YENİLİK

"Telegram" messenceri "iOS 26" ilə gələn "Liquid Gla

arrow Ətraflı
Rusiyada dəmiryolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var like
  • 20 Sen 09:37  
Digərləri Rusiyada dəmiryolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var

Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib. 

arrow Ətraflı
Tiktokda bu rəzilliyi görən kimi hamı polisə xəbər verdi  VİDEO like
  • 20 Sen 09:35  
Digərləri Tiktokda bu rəzilliyi görən kimi hamı polisə xəbər verdi VİDEO

Sosial şəbəkələrdə yayılan video narazılıq doğurub.

arrow Ətraflı
Azərbaycana qar yağdı like
  • 20 Sen 09:26  
Digərləri Azərbaycana qar yağdı

Zaqatalada yüksək dağlıq ərazilərə qar yağıb.

arrow Ətraflı
Adnan Əhmədzadənin həbs xəbəri yayıldı like
  • 20 Sen 09:18  
Digərləri Adnan Əhmədzadənin həbs xəbəri yayıldı

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzad�

arrow Ətraflı