Azərbaycan regional siyasətdə mərkəzi yer tutur – Fuad Salayev “Tofiq Abbasovla Dialoq” verilişində VİDEO FOTO
Siyasət 19 Sen 2025 10:41:00 63 0
Baku Network ekspert platformasında "Tofiq Abbasovla Dialoq" analitik videolayihəsinin növbəti buraxılışı çıxıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Trend xəbər verir ki, verilişin qonağı Azərbaycanın Xalq rəssamı Fuad Salayev olub. O, Qafqazın taleyi, xalqlar arasında dialoqun qurulmasında mədəniyyət və incəsənətin rolu, həmçinin Azərbaycanın müasir geosiyasətdəki yeri barədə fikirlərini bölüşüb.
F.Salayev vurğulayıb ki, əsrlər boyu Cənubi Qafqaz dünya güc mərkəzləri tərəfindən qeyri-sabit region kimi qəbul edilib:
"Bizim Qafqaz - kiçik, amma dünya gücləri üçün çox maraqlı regiondur. Onu tez-tez "qaynamaqda olan qazan" adlandırırlar. Məsələ ondadır ki, bu temperaturu necə azaltmaq olar ki, insanlar həqiqətən dinc yanaşı yaşamağa köklənsinlər".
Onun sözlərinə görə, mövcud ziddiyyətlərə baxmayaraq, birləşdirici amillər daha çoxdur. Bunlar - insan əlaqələri, ümumi mədəni irs və birgəyaşayış təcrübəsidir.
Rəssam yaradıcı insanların roluna ayrıca diqqət çəkib: "İncəsənətin imkanları sonsuzdur. Rəssamlar, yazıçılar, musiqiçilər həmişə dövrün ruhunu əks etdirir və müasirlərini sülh haqqında düşünməyə sövq edirlər. Bəzən azərbaycanlı, erməni, gürcü və ya rus müəllifin əsərləri ovqat baxımından bir-birinə bənzəyir - çünki müharibə və nigarançılıqlar hamıya eyni dərəcədə təsir edir".
F.Salayev öz əsərlərini də yada salıb. Onların dərin fəlsəfi və tarixi simvolika daşıdığını vurğulayıb: bir milyondan çox azərbaycanlının qovulmasına həsr olunmuş "Rədd edilmişlər" heykəli və siyasi qeyri-sabitlik dövründə cəmiyyətin vəziyyətini əks etdirən "Süvarisiz döyüş atı".
Söhbətdə xüsusi yer tutan mövzulardan biri də geosiyasət və Azərbaycanın müasir rolu olub: "Azərbaycan regiondakı proseslərə təsir göstərən mərkəzi ölkələrdən birinə çevrilib. Təkcə Zəngəzur dəhlizi ideyasını və Bakının Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsində rolunu xatırlatmaq kifayətdir".
F.Salayev qeyd edib ki, müharibədən sonra sülh müqaviləsinin təşəbbüskarı məhz Azərbaycan olub və Cənubi Qafqazda davamlı sülh ideyasını irəlilətməkdə davam edir.
Xalq rəssamı həmçinin xatırladıb ki, Bakı hər zaman çoxmillətli və çoxkonfessiyalı şəhər olub və qalmaqdadır: "Bizdə həm erməni kilsəsi, həm rus pravoslav kilsəsi, həm katolik məbədi, həm də sinaqoqlar mövcuddur. Azərbaycanda heç vaxt din və ya millət zəminində düşmənçiliyə yer olmayıb".
Onun sözlərinə görə, bu, Azərbaycanın birgəyaşayış və tolerantlıq nümunəsi ola bildiyini sübut edir.
Söhbəti yekunlaşdıran Fuad Salayev vurğulayıb: "Xeyirxah iradəli insanlar xaos yayanlardan qat-qat çoxdur. İnsanlara ümid vermək lazımdır. Uca məqsədlər həmişə birləşdirir".
Xəbərə aid video
Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində

Türkiyəli aktyor Emre Bulut 15 illik dostunu aldatmaqda ittiham olunur.

Çinin avtomobil sənayesində texnoloji hegemonluğu Mərkəzi Asiya bazarları

Payız fəslinin gəlişi hər kəs üçün eyni təsirli olmur. Ulduzların dü

44-günlük Vətən müharibəsində əldə edilən Zəfərin davamı olaraq Qar

Hazırda avtomobil bazarında maşın satmaq istəyənlər üçün acınacaqlı,

Artıq şagirdlər təhsil gedişatında mobil telefondan istifadə edə bilməy

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, nas

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisin

Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldür

Azərbaycanda dövlət pensiya sistemindən fərqli olaraq, vətəndaşların k�

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanm�

İki il əvvəl baş verən hadisə Cənubi Qafqazın xəritəsini əbədi olara

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azər
