Bu gün Bakıda Formula 1 Azərbaycan Qranprisi start götürəcək


Digərləri 19 Sen 2025 09:09:00 61 0

Bu gün Bakıda Formula 1 Azərbaycan Qranprisi start götürəcək

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.

Son.az xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Misirdə Firona aid 3 min illik qızıl bilərzik oğurlanaraq əridildi like
  • 19 Sen 07:07  
Dünya Misirdə Firona aid 3 min illik qızıl bilərzik oğurlanaraq əridildi

Misirin paytaxtı Qahirədəki muzeydən Firon Amenemope-yə aid 3 min illik qı

arrow Ətraflı
Bu gül xərçəngin dərmanı imiş like
  • 19 Sen 06:06  
Digərləri Bu gül xərçəngin dərmanı imiş

Barxat çiçəyinin xərçəngə qarşı faydası aşkarlanıb.

arrow Ətraflı
Paltaryuyan maşında hansı yuma rejimi pula və suya qənaət edir? like
  • 19 Sen 04:04  
Digərləri Paltaryuyan maşında hansı yuma rejimi pula və suya qənaət edir?

Müasir dövrdə enerji və su sərfiyyatının azaldılması təkcə ətraf mü

arrow Ətraflı
Antibiotiklərin düzgün istifadəsi niyə önəmlidir?  Mütəxəssislər AÇIQLADI like
  • 19 Sen 03:03  
Digərləri Antibiotiklərin düzgün istifadəsi niyə önəmlidir? Mütəxəssislər AÇIQLADI

Antibiotiklər müasir tibb sahəsində infeksion xəstəliklərin müalicəsind

arrow Ətraflı
Bu meyvə xərçəngin like
  • 19 Sen 01:01  
Digərləri Bu meyvə xərçəngin

Əsrlər boyu "cənnət meyvəsi" kimi tanınan nar (Punica granatum)

arrow Ətraflı
Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatının yeri açıqlandı like
  • 19 Sen 00:47  
Dünya Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatının yeri açıqlandı

Dünyanın ən böyük xəzinəsi: 20 milyon tondan artıq qızıl ehtiyatların

arrow Ətraflı
Boşanmağa hazırlaşırlar?  Varidatını dəyərdəyməzinə satır like
  • 19 Sen 00:32  
Şou-biznes Boşanmağa hazırlaşırlar? Varidatını dəyərdəyməzinə satır

Məşhur türkiyəli aktyor Burak Özçivitin lüks avtomobillərini və evləri

arrow Ətraflı
Bakının bəzi ərazilərində yeni yollar çəkiləcək like
  • 19 Sen 00:12  
Digərləri Bakının bəzi ərazilərində yeni yollar çəkiləcək

Son illərdə paytaxtın əksər yollarında nəqliyyat sıxlığı müşahidə

arrow Ətraflı
Vaşinqtonda Trampın 4 metrlik qızıl heykəli ucaldıldı like
  • 19 Sen 00:05  
Digərləri Vaşinqtonda Trampın 4 metrlik qızıl heykəli ucaldıldı

ABŞ paytaxtında, Konqres binasının qarşısında prezident Donald Trampın �

arrow Ətraflı
Ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür like
  • 19 Sen 00:02  
Digərləri Ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirl

arrow Ətraflı
Günün qoroskopu: Gözləmədiyiniz yerdən şans qapısı açılacaq like
  • 19 Sen 00:01  
Digərləri Günün qoroskopu: Gözləmədiyiniz yerdən şans qapısı açılacaq

Son.az 19 sentyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Rusiyada 7,7 ballıq zəlzələ oldu like
  • 18 Sen 23:55  
Digərləri Rusiyada 7,7 ballıq zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ qeydə alınıb.

arrow Ətraflı