Yanacaq xərclərini 2 dəfə artıran səhv! 10 dəqiqə qaydası: “Mühərriki belə söndürün”


Digərləri 10 Avq 2025 17:30:00 87 0

Yanacaq xərclərini 2 dəfə artıran səhv! 10 dəqiqə qaydası: “Mühərriki belə söndürün”

Yay ayları gəldikdə, isti günəş, açıq yollar və tətil planları hamımızı həyəcanlandırır. Amma bu gözəl mövsüm avtomobil sahibləri üçün bəzi tələləri də özü ilə gətirir.

Son.az avtomobil mütəxəssislərinin bəzi xəbərdarlıqlarını təqdim edir:

Fərqində olmadan etdiyimiz sadə səhvlər həm cibimizi yandırır, həm də avtomobilimizin ömrünü qısaldır. Avtomobil ekspertlərinin tez-tez vurğuladığı "10 dəqiqə qaydası" isə həm yanacaq qənaəti təmin edir, həm də maşının sağlamlığını qoruyur.

İsti havalarda tıxacda dayananda və ya kimisə gözləyərkən mühərriki açıq saxlamaq sadə görünə bilər. Lakin mühərrikin boşda işləməsi, xüsusən kondisioner açıq olduqda, yanacaq sərfiyyatını su kimi artırır. Mütəxəssislər deyir ki, bu vərdiş israf gətirir, qənaət yox. 10 dəqiqəlik dayanma zamanı mühərriki açıq saxlamaq avtomobilinizin litr-litr yanacağı boş yerə sərf etməsinə səbəb ola bilər.

Kondisioner kompressoru mühərrik boşda işləyərkən fasiləsiz işləyir və mühərrikə əlavə yük düşür. Bu, xüsusən şəhər içi sıx tıxacda mühərrikin daha çox aşınmasına gətirib çıxarır. Nə etməli? Qısa müddətli dayanma varsa, kondisioneri söndürüb pəncərələri bir az aralamaq yaxşı fikirdir. Uzun müddətli dayanmalarda isə mühərriki tamamilə söndürmək ən ağıllı həll yoludur.

Çoxumuz isti havada sərinləmək üçün pəncərələri açıb sürməyə davam edirik. Amma bu vərdiş düşündüyünüzdən daha böyük problem yarada bilər. Açıq pəncərələr avtomobilin aerodinamik quruluşunu pozur, hava müqavimətini artırır. Bu da mühərrikin daha çox işləməsinə və nəticədə yanacağın daha çox sərf olunmasına səbəb olur. Əvəzinə, aşağı sürətlərdə pəncərələri azca aralamaq, yüksək sürətlərdə isə kondisioneri aşağı səviyyədə işlətmək daha səmərəlidir.

Mütəxəssislər bildirir ki, əgər 10 dəqiqədən çox bir yerdə dayanacaqsınızsa, mühərriki söndürməyinizi qəti şəkildə tövsiyə edirlər. Bu sadə qayda təkcə yanacaq qənaəti təmin etmir, həm də mühərrikin həddindən artıq qızmasının qarşısını alır və uzunmüddətli istifadə ömrünü uzadır.

Yayda avtomobil idarə etmək təkcə mühərriklə bitmir. Təkər təzyiqi və yük kimi detallarda yanacaq sərfiyyatına birbaşa təsir edir. Aşağı təkər təzyiqi təkərlərin yolla daha çox sürtünməsinə səbəb olur, bu da mühərrikin daha çox işləməsini tələb edir və yanacaq sərfiyyatını artırır. Buna görə də, ayda bir dəfə təkər təzyiqinizi yoxlamaq vərdişi formalaşdıra bilərsiniz.

Avtomobilinizin müntəzəm baxımını etdirməklə mühərrikin effektiv işləməsini təmin edin. Çirkli hava filtrləri yanacaq sərfiyyatını artıra bilər. Ani sürətlənmə və sərt əyləc yanacağı artırır. Mümkünsə, sakit və yumşaq sürüş tərzi mənimsəyin. Avtomobilinizi günəş altında saxlamaq daxili temperaturu artıraraq kondisionerin daha çox işləməsinə səbəb olur. Mümkünsə, avtomobilinizi kölgəli yerlərdə park edin və ya günəşlik istifadə edin.

Kənan Son.az

Həmin qəzanın görüntüləri yayıldı  ANBAAN like
  • 10 Avq 17:16  
Digərləri Həmin qəzanın görüntüləri yayıldı ANBAAN

Avqustun 6-da Xəzər rayonunun Qala qəsəbəsində baş vermiş ağır yol-nə

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 10 Avq 17:00  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Meteohəssas insanların nəzərinə like
  • 10 Avq 16:44  
Digərləri Meteohəssas insanların nəzərinə

Avqustun 11-ə olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Prezident İlham Əliyev Şahbaz Şərifə zəng edib like
  • 10 Avq 16:43  
Siyasət Prezident İlham Əliyev Şahbaz Şərifə zəng edib

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan

arrow Ətraflı
Bibər dolması belə hazırlanır! Pomidor salçasına ehtiyac yoxdur, fərq zeytun yağındadır like
  • 10 Avq 16:30  
Digərləri Bibər dolması belə hazırlanır! Pomidor salçasına ehtiyac yoxdur, fərq zeytun yağındadır

Zeytun yağlı bibər dolması Türkiyə mətbəxinin ən sevilən klassiklərin

arrow Ətraflı
Qəzzada ərzaq böhranı  Acından ölənlərin sayı artı like
  • 10 Avq 16:16  
Dünya Qəzzada ərzaq böhranı Acından ölənlərin sayı artı

Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olma

arrow Ətraflı
Volodimir Zelenski İlham Əliyevə zəng edib like
  • 10 Avq 16:05  
Siyasət Volodimir Zelenski İlham Əliyevə zəng edib

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasın�

arrow Ətraflı
Namiq Qaraçuxurlu bağını göstərdi like
  • 10 Avq 15:47  
Şou-biznes Namiq Qaraçuxurlu bağını göstərdi

Meyxana ustası Namiq Qaraçuxurlu şəxsi həyatından nadir paylaşım edib.

arrow Ətraflı
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 10 Avq 15:42  
Siyasət Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Az

arrow Ətraflı
Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi? like
  • 10 Avq 15:30  
Digərləri Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi?

1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla

arrow Ətraflı
"Adanalı"nın "Pınar"ı tanınmaz halda  Sənəti buraxıb makler oldu like
  • 10 Avq 15:17  
Şou-biznes "Adanalı"nın "Pınar"ı tanınmaz halda Sənəti buraxıb makler oldu

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç

arrow Ətraflı
Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu like
  • 10 Avq 15:01  
Digərləri Ağsuda məişət tullantıları yandıran şəxs yanğına səbəb oldu

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis

arrow Ətraflı
Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş like
  • 10 Avq 14:46  
Digərləri Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı

arrow Ətraflı
Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi like
  • 10 Avq 14:30  
Digərləri Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan

arrow Ətraflı