Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
Siyasət 10 Avq 2025 15:42:00 66 0
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.
Dövlət başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla

"Adanalı" serialında "Pınar" obrazı ilə tanınan Tuğç

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadis

Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırı

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan

ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə H

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmən

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublika

Zəngəzur yolunun inşası Vətən müharibəsindən bir qədər sonra başlay�

Avqust ayının dolunayı illik Perseid meteor axınının gəlişi ilə üst-ü

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəh

Alkoqol yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər,

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar t

Zəncəfilin zəngin bir ənənəvi təbabət tarixi var və müasir elm artıq
