"Türkiyənin yerləşdiyi bölgənin gələcəyində terrora yer yoxdur"
Siyasət 09 Avq 2025 09:49:00 77 0
Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir. Ankara öz gücünə inanır, bəyan etdiyi məqsədlərə doğru addımlar atır.
Bu xəbəri də oxu: İlham Əliyev Sinqapur Prezidentini təbrik edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının tədbirində çıxış edərək bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə ona ehtiyac duyulduğu hər yerdə - Liviyadan tutmuş Azərbaycana qədər dost və qardaş xalqlara dəstək olub.
Türkiyə lideri ölkənin milli təhlükəsizliyi ilə bağlı çağırışlara diqqət çəkərək, vurğulayıb ki, "Türkiyənin yerləşdiyi bölgənin gələcəyində terrora yer yoxdur və ola da bilməz".
O, qeyd edib ki, terrorla aparılan mübarizənin onillikləri Türkiyə üçün 2 trilyon dollar iqtisadi ziyanla nəticələnib. "Ölkəmizin çox sayda vətəndaşı terror hücumları nəticəsində həyatının ən gözəl çağında həlak olub. Ailələr dağıldı, uşaqlar yetim qaldı", - deyə vurğulayıb.
Eyni zamanda siyasətçi qeyd edib ki, günü-gündən aydın olur ki, terror xəritəsi Türkiyə əleyhdarlarını istənilən nəticəyə yaxınlaşdırmır. "Əminəm ki, bu problemi aradan qaldırmaqla biz bütün regionun inkişafı üçün qapıları açacağıq", - deyə Türkiyə lideri bildirib.
Avqust ayı bəzi bürclər üçün tam mənasıyla maddi yüksəliş dövrü ol

"Pakistan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın himayəsi altında keç

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasın

Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 1

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

Sosial mediada 31 yaşlı argentinalı gözəlin çəhrayı Chanel çantası və

Yaponiyada qarpız yeməyin qeyri-adi üsulu məşhurdur. Bəzi sakinlər qarpı

Uzun müddətdir Dubayda yaşayan, bir zamanlar gündəmi zəbt edən müğən

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əli

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi

Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çal

Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sü

Ağ rəngli geyimlər qarderobumuzun ən sadə və şıq parçalarındandır. La
