Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişini yüksək qiymətləndirib


Siyasət 09 Avq 2025 09:28:00 64 0

Qazaxıstan prezidenti Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişini yüksək qiymətləndirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişini yüksək qiymətləndirib, ABŞ-nin vasitəçilik rolunu və Qazaxıstanın töhfəsini vurğulayıb.

Son.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat katibi Ruslan Jeldibay öz "Telegram" kanalında məlumat verib.

"Prezident Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişini tarixi əhəmiyyətli nailiyyət hesab edir.

Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və möhkəm sülh əsasında diplomatik əlaqələrin qurulması və əməkdaşlığın inkişafı üçün yol açıb.

Dövlət başçısının fikrincə, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub, o, Azərbaycan və Ermənistan liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilib.

Prezident Kasım-Jomart Tokayev qeyd edir ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında belə vacib razılaşmaların əldə olunmasına öz töhfəsini verib, sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar yeri kimi Almatını təklif edib.

Orada nazir səviyyəsində danışıqlar keçirilib", - deyə Tokayevin mətbuat katibi yazıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri cümə günü Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında sülh münasibətləri haqqında bəyannamə imzalayıblar. /oxu.az

Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq like
  • 09 Avq 09:19  
Digərləri Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq

Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 1

arrow Ətraflı
"Özümə baxıb utanıram ki, olmaz" like
  • 09 Avq 09:09  
Şou-biznes "Özümə baxıb utanıram ki, olmaz"

Rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Hakan Fidan Azərbaycanı təbrik edib like
  • 09 Avq 09:07  
Siyasət Hakan Fidan Azərbaycanı təbrik edib

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

arrow Ətraflı
Ronaldonun Corcinasının açıqsaçıq geyimi müzakirə yaratdı like
  • 09 Avq 08:08  
Digərləri Ronaldonun Corcinasının açıqsaçıq geyimi müzakirə yaratdı

Sosial mediada 31 yaşlı argentinalı gözəlin çəhrayı Chanel çantası və

arrow Ətraflı
Qarpızın üzərinə duz səpin  nəticədən təəccüblənəcəksiniz like
  • 09 Avq 07:07  
Digərləri Qarpızın üzərinə duz səpin nəticədən təəccüblənəcəksiniz

Yaponiyada qarpız yeməyin qeyri-adi üsulu məşhurdur. Bəzi sakinlər qarpı

arrow Ətraflı
Afaq uzun zaman sonra Hindistanda GÖRÜNTÜLƏNDİ: elə geyimdə səhnəyə çıxdı ki... like
  • 09 Avq 06:06  
Şou-biznes Afaq uzun zaman sonra Hindistanda GÖRÜNTÜLƏNDİ: elə geyimdə səhnəyə çıxdı ki...

Uzun müddətdir Dubayda yaşayan, bir zamanlar gündəmi zəbt edən  müğən

arrow Ətraflı
Bunları yeyənlər daha like
  • 09 Avq 05:05  
Digərləri Bunları yeyənlər daha

Gündə beş dəfə meyvə və tərəvəz yemək sizi təkcə sağlam və arıq

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır like
  • 09 Avq 04:22  
Siyasət İlham Əliyev: Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır

Azərbaycan daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çal

arrow Ətraflı
Bir qaşığı tərdən saralmış geyimləri qar kimi AĞARDIR like
  • 09 Avq 04:04  
Digərləri Bir qaşığı tərdən saralmış geyimləri qar kimi AĞARDIR

Ağ rəngli geyimlər qarderobumuzun ən sadə və şıq parçalarındandır. La

arrow Ətraflı
İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub like
  • 09 Avq 03:45  
Siyasət İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

Bilirsiniz, son beş ildə müxtəlif ölkələrin liderləri tərəfindən neç

arrow Ətraflı
İlham Əliyev: Bu gün Azərbaycan multikulturalizm mərkəzlərindən biridir like
  • 09 Avq 03:23  
Siyasət İlham Əliyev: Bu gün Azərbaycan multikulturalizm mərkəzlərindən biridir

Azərbaycanda heç vaxt etnik və ya dini müxtəlifliyə əsaslanan, nəinki m�

arrow Ətraflı