UNICEFin nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb FOTO


Siyasət 29 İyl 2025 15:40:00 89 0

UNICEFin nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb  FOTO

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə təşəbbüs və layihələrdən bəhs olunub.

Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Ölkəmizin BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o cümlədən növbəti il ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Ölkəmizdə uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, vətəndaşlarımızın öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.

Saja Farooq Abdullah ölkəmizdə fəaliyyəti müddətində Azərbaycanda uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.

Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verildi  FOTO like
  • 29 İyl 15:38  
Digərləri Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verildi FOTO

Buzovna qəsəbəsində yerləşən "The Farm" adı altında fəaliyy�

arrow Ətraflı
Bakıda oğlan sevgilisini daşla öldürdü  Məhkəmədə ŞOK ETİRAFLAR like
  • 29 İyl 15:31  
Digərləri Bakıda oğlan sevgilisini daşla öldürdü Məhkəmədə ŞOK ETİRAFLAR

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını daşla öldürməkdə təqs

arrow Ətraflı
Putinin gizli planları ifşa oldu like
  • 29 İyl 15:25  
Digərləri Putinin gizli planları ifşa oldu

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı hərbi məqsədlərindən yal

arrow Ətraflı
Azərbaycanda pensiya yaşı 70ə qaldırılır? like
  • 29 İyl 15:16  
Digərləri Azərbaycanda pensiya yaşı 70ə qaldırılır?

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldı

arrow Ətraflı
Pirşağıda atla dənizə girən şəxs o imiş  Məsuliyyətə cəlb olundu like
  • 29 İyl 15:04  
Digərləri Pirşağıda atla dənizə girən şəxs o imiş Məsuliyyətə cəlb olundu

Sabunçu rayonu, Pirşağı çimərliyində atların dənizə salınması görü

arrow Ətraflı
Kıvanç 70 milyonluq yaxta ALDI  FOTOlar like
  • 29 İyl 15:00  
Şou-biznes Kıvanç 70 milyonluq yaxta ALDI FOTOlar

Türkiyəli məşhur Kıvanç Tatlıtuğ bahalı yaxtası ilə görüntülənib.

arrow Ətraflı
4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu like
  • 29 İyl 14:52  
Digərləri 4 rayonun mərkəzi xəstəxanasına rəhbər təyin olundu

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü

arrow Ətraflı
Rusiyada yüzlərlə sərnişin aeroportda qalıb  FOTO like
  • 29 İyl 14:25  
Dünya Rusiyada yüzlərlə sərnişin aeroportda qalıb FOTO

Rusiyada minə yaxın sərnişin hava limanlarında qalıb.

arrow Ətraflı
Bakıda ChatGPT ilə qarpız seçdilər  Görün necə çıxdı  VİDEO like
  • 29 İyl 14:12  
Digərləri Bakıda ChatGPT ilə qarpız seçdilər Görün necə çıxdı VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Estetik əməliyyat etdirən Əməkdar artist TANINMAZ HALDA  like
  • 29 İyl 14:00  
Şou-biznes Estetik əməliyyat etdirən Əməkdar artist TANINMAZ HALDA

Əməkdar artist Mətanət İsgəndərli yeni halı ilə diqqət çəkib.

arrow Ətraflı
Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR  Avqustun 1dən... like
  • 29 İyl 13:51  
Digərləri Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR Avqustun 1dən...

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siy

arrow Ətraflı
Fikrət Cəfərli həbs olundu like
  • 29 İyl 13:28  
Digərləri Fikrət Cəfərli həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə

arrow Ətraflı
Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir like
  • 29 İyl 13:24  
Siyasət Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin və sistemli keçid

arrow Ətraflı
Avqust bu bürc üçün maliyyə baxımından dönüş nöqtəsi olacaq like
  • 29 İyl 13:15  
Digərləri Avqust bu bürc üçün maliyyə baxımından dönüş nöqtəsi olacaq

Avqust ayı Oğlaq bürcündə doğulanlar üçün həm emosional, həm də mali

arrow Ətraflı
Prezident bu yolun əsaslı təmirinə 2 milyon ayırdı like
  • 29 İyl 13:12  
Siyasət Prezident bu yolun əsaslı təmirinə 2 milyon ayırdı

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

arrow Ətraflı