Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR Avqustun 1dən...


Digərləri 29 İyl 2025 13:51:00 85 0

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR  Avqustun 1dən...

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb.

Qeyd edək ki, həyata keçirilmiş strateji təşəbbüslər beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinə, həmçinin növbəti dövr üçün də müsbət dinamikanın proqnozlaşdırılmasına əsas verib. Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, bu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir.

Maliyyə sektorunda yenilik

Maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumatda deyilir ki, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Beləcə, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcəkdir.

Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcək.

Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.

Kredit faizləri azalacaq?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu layihənin hədəfi banklara ucuz vəsaitin cəlb edilməsidir: "Nəzərə alaq ki, Mərkəzi Bank son zamanlarda vətəndaş-bank, vətəndaş-maliyyə sektoru arasında münasibətlərin elastikliyinə, əlaqələrin şaxələndirilməsinə çalışır. Və proses durmadan inkişaf etdirilir. Bütün imkanlardan istifadə edilir ki, münasibətlər sağlam və səmərəli olsun. Bunun üçün də dövrün tələbinə uyğun alətlərin bazara girişinə çalışılır. Nəzərə alaq ki, banklara ucuz vəsaitlərin cəlb edilməsi çoxdankı bir arzudur. Çünki ideya reallaşsa, BOKT-lar və banklar vətəndaşlara daha ucuz kredit təklif edə bilər".

Müsahibimiz hesab edir ki, böyük ölçüdə ucuz vəsaitin bazara daxil olması disbalans da yarada bilər: "Ona görə də ucuz vəsaitin maliyyə sektoruna cəlb edilməsi həssaslıqla və diqqətlə aparılmalıdır. Unutmayaq ki, ucuz vəsaitin cəlb edilməsi üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Bunun üçün ölkədə sağlam iqtisadi mühit olmalıdır. Müəyyən iqtisadi göstəricilər beynəlxalq maliyyə institutlarının tələblərinə cavab verməlidir. Bu günün tələbi odur ki, reytinq cədvəllərində investisiya cazibədarlığı yüksək olsun. Ona görə də cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB tərəfindən onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi zəruri hesab olunub. Bunun üçün də yeni maliyyə mexanizminin tətbiqinə qərar verilib. Ümid edirəm ki, yaxın bir neçə ayda bu layihənin uğurlu nəticəsini görəcəyik. Banklar və BOKT-lar daha ucuz maliyyə mənbələri əldə edəcək və bazarda yeni reallıqlar ortaya çıxacaq".

Fikrət Cəfərli həbs olundu like
  • 29 İyl 13:28  
Digərləri Fikrət Cəfərli həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə

arrow Ətraflı
Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir like
  • 29 İyl 13:24  
Siyasət Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin və sistemli keçid

arrow Ətraflı
Avqust bu bürc üçün maliyyə baxımından dönüş nöqtəsi olacaq like
  • 29 İyl 13:15  
Digərləri Avqust bu bürc üçün maliyyə baxımından dönüş nöqtəsi olacaq

Avqust ayı Oğlaq bürcündə doğulanlar üçün həm emosional, həm də mali

arrow Ətraflı
Prezident bu yolun əsaslı təmirinə 2 milyon ayırdı like
  • 29 İyl 13:12  
Siyasət Prezident bu yolun əsaslı təmirinə 2 milyon ayırdı

Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolu əsaslı təmir olunacaq.

arrow Ətraflı
Məktəbli formasının tərkibi sizi təəccübləndirə bilər  Bu nüanslara DİQQƏT like
  • 29 İyl 13:04  
Digərləri Məktəbli formasının tərkibi sizi təəccübləndirə bilər Bu nüanslara DİQQƏT

Hər yay iyul-avqust aylarından başlayaraq mağazalarda məktəbli formaların

arrow Ətraflı
Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı  Vəziyyəti ağırdır like
  • 29 İyl 12:58  
Digərləri Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

arrow Ətraflı
Sabah 41 dərəcə isti olacaq like
  • 29 İyl 12:57  
Digərləri Sabah 41 dərəcə isti olacaq

İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Rusiyanın zərbələri nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi like
  • 29 İyl 12:53  
Digərləri Rusiyanın zərbələri nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamının bütün əmlakı

arrow Ətraflı
Metronun iş saatı dəyişdi  SƏBƏB like
  • 29 İyl 12:48  
Digərləri Metronun iş saatı dəyişdi SƏBƏB

Bakı Metropoliteni iyulun 30-da "Qarabağ" FK-nın UEFA Çempionlar L

arrow Ətraflı
iPhone 17nin əldən ilk görüntüsü internetə sızdı  FOTO like
  • 29 İyl 12:42  
Digərləri iPhone 17nin əldən ilk görüntüsü internetə sızdı FOTO

iPhone 17-nin ilk görüntüsü internetə sızıb.

arrow Ətraflı
Tanınmış jurnalistə ağır itki like
  • 29 İyl 12:35  
Digərləri Tanınmış jurnalistə ağır itki

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.

arrow Ətraflı
"Fəlakət" tanınmış aktrisa ilə sevgilidir?  VİDEO like
  • 29 İyl 12:30  
Şou-biznes "Fəlakət" tanınmış aktrisa ilə sevgilidir? VİDEO

Aktyor və aparıcı Elşən Orucovla tanınmış aktrisanın görüntüsü mar

arrow Ətraflı
Avtomobiliniz sərinləsin, cibiniz yanmasın: Ustaların kondisioner tələsi like
  • 29 İyl 12:23  
Digərləri Avtomobiliniz sərinləsin, cibiniz yanmasın: Ustaların kondisioner tələsi

Yay aylarında avtomobilləri kondisionersiz təsəvvür etmək çətindir. Bəz

arrow Ətraflı
Sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırıldı like
  • 29 İyl 12:13  
Digərləri Sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırıldı

Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri

arrow Ətraflı
İxtisas seçimində kimlər iştirak edə bilməyəcək? like
  • 29 İyl 12:05  
Digərləri İxtisas seçimində kimlər iştirak edə bilməyəcək?

Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb və abit

arrow Ətraflı