Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb FOTO
Siyasət 18 İyl 2025 15:33:00 61 0
Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı kəndə köçən sakinlər Rasim Cavadovun və Kərəm Abbasovun evlərində oldu.
Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb. Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşdü, onlarla söhbət etdi.
İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində so

İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasın�

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

Tanınmış aktyor Nicat Rəhimovun bloger həyat yoldaşı sözləri ilə diqq�

Nazirlər Kabineti Prezidentin "Azərbaycan Respublikasının Axar-Baxar v�

İyulun 18-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

Hindistanın şərqində yerləşən Bihar əyalətində bu həftə musson fırt

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakı-Qazax yolunun Goranboy

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışınd

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin sökünt

İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalın�

İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba �
