Bir ailənin 2 üzvünün öldüyü qəza ilə bağlı rəsmi məlumat
Digərləri 18 İyl 2025 14:19:00 62 0
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsartə aldğı yol qəzası ilə bağlı məlumat yayıb.
Son.az xəbər verir ki, məlumatda qeyd olunub ki, təhlükəsizlik kəməri bir ailə faciəsinin qarşısını ala bilərdi:
"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur. Dəfələrlə isbat olunub ki, təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər qəza hallarında kəmərdən istifadə etməyənlərə nisbətən daha az zərər çəkir.
Ötən gün Bakı-Qazax magistralında aralarında azyaşlılar olmaqla bir ailədən iki nəfərin həyatını itirməsi, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının ağırlıq dərəcəsinə təsir göstərən amil məhz təhlükəsizlik kəməri oldu. Belə ki, sözügedən hadisədə sərnişinlərin kəmər bağlamadıqları üçün aşan avtomobildən kənara düşməsi onların həlak olmasının və xəsarət almasının başlıca səbəblərindən biri hesab edilir.
Qanuna əsasən, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlərin də bu vacib tələbi yerinə yetirmələrini təmin etməlidir. Buna nail olan sürücü qanunun tələbini yerinə yetirir, gələcəkdə üzləşə biləcəyi hüquqi problemlərin qarşısını alır və ən əsası təhlükəsizliyi sığortalamış olur.
Dəyərli sürücülər, təhlükəsizlik kəmərləri sizi və həyatlarını sizə etibar edən sərnişinlərinizi həyata bağlayan bağdı. Unutmayın ki, qayda pozuntusu inzibati məsuliyyət, onun fəsadları isə bərpası mümkün olmayan itkilər doğurur".
İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışınd

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin sökünt

İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalın�

İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba �

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ray

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunma

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ş�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Taba

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

2022-ci ildən bəri qlobal enerji nizamında təlatümlü bir dəyişiklik baş

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bi
