İsraillə Suriya arasında savaşa səbəb olan müsəlman Druzlar kimlərdir?
Dünya 17 İyl 2025 17:21:00 84 0
Suriyanın cənubunda baş verən toqquşmalar, druz icması və onların regional güclərlə, xüsusilə İsraillə əlaqələrini yenidən beynəlxalq diqqətə gətirib.
Bu xəbəri də oxu: Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Bəs druzlar kimlərdir və bölgədəki rolu nədir?
Son.az xəbər verir ki, son günlərdə Suriyanın druz azlığından olan bir tacirin qaçırılması, ölkənin cənubunda druzlarla sünni bədəvi qruplar arasında gərginliyi artırıb. İyulun 13-də başlayan hadisələr nəticəsində ölümcül qarşıdurmalar baş verib.
İsrailin iyulun 15-də hərbi müdaxilə elan etməsi vəziyyəti daha da dramatikləşdirib. İddialara görə, İsrail druzları qorumaq məqsədilə Sveydada hökumətyönlü qüvvələrə qarşı əməliyyat həyata keçirib. Rəsmi rəqəmlər açıqlanmasa da, 300-ə yaxın insanın həlak olduğu bildirilir.
Druzlar əsasən Suriya, Livan, İsrail və işğal altındakı Qolan Təpələrində yaşayan ərəbdilli dini azlıqdır. Onlar özlərini müsəlman azlığı hesab etsələr də, inancları 11-ci əsrdə Qahirədə Fatimi imamları tərəfindən formalaşan fəlsəfi və sufizmdən təsirlənmiş təriqətə əsaslanır.
Dini ayinlərini xüsusi məxfilik şəraitində keçirən druzlar, yalnız seçilmiş şəxslərin daxil olduğu "hikmət" (Risalətül-Hikmə) adlı müqəddəs kitablarını ictimaiyyətə açmırlar. İbadətləri müəyyən toplantı yerlərində keçirilir və icma daxilində ciddi daxili nizam mövcuddur.
İsraildə yaşayan druzlar digər ərəb azlıqlardan fərqli olaraq ölkənin hərbi xidmətində iştirak edirlər və bəzi hallarda dövlət vəzifələrində yer alırlar. Bununla belə, Qolan Təpələrində yaşayan druzların bir hissəsi İsrailin işğalını qəbul etmədikləri üçün rəsmi mövqe tutmaqdan çəkinirlər.
Fidan Son.az
Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınlar

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhb�

Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarl

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin

Fransa bu gün rəsmi olaraq Senegaldakı son iki hərbi bazasını geri qaytar

Rusiyada fəaliyyət göstərən azərbaycanlı deputat Xalid Tağızadə istefa

Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatının verilişində fasil

Amerikalı müğənni Beyonsun "Kovboy Karter" adlı konsertindən son

Rusiya ordusu bir gündə Ukraynanın üç yaşayış məntəqəsini işğal edi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilər

Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşından boşanıb.

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

"Mən həmişə demişəm ki, həssas adamam. Məni bu dünyadan ancaq ya

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yan�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq
