İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində olublar FOTO
Siyasət 17 İyl 2025 14:40:00 78 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.
Son.az xəbər verir ki, qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verildi.
Bildirildi ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib. 2023-cü il mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Bərpa işlərindən sonra malikanə kompleksində muzey ekspozisiyası da qurulub. "Qarabağ zadəganının evi" mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda 39 yaşlı Vasif Kə

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Ötən gecə Ukraynadan buraxılan 122 pilotsuz uçuş aparatı (PUA) hava hücu

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Türkiyəli məşhur müğənni Mabel Matizin COVID-19 testi müsbət çıxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq

İyulun ilk günləri çətinliklər, emosional dalğalanmalar və gözlənilmə

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın Azərbaycana hərbi təcav�

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətl

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirl

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanq
