Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar FOTO
Siyasət 17 İyl 2025 12:23:00 77 0
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər FOTO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verdi.
İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətl

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirl

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanq

İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş verən gücl�

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-dən

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə "İpoteka və Kredit Z

Son illərdə bütün dünyada insanlar həyat keyfiyyətini artırmaq üçün q

Hər sürücünün bilməli olduğu praktik üsul – sadəcə qaynar su və tə

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Çoxları yazır ki, Allah ona rəhmət eləsin. Bu gün Allah mənə güc

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.
