Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? Açıqlama


Digərləri 17 İyl 2025 17:00:00 78 0

Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır?  Açıqlama

Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarla bağlı yayılan videogörüntülərin sayı artmaqdadır. Hətta aralarında çox zəhərli gürzə ilanlarınn da olduğunu görürük. 

Dənizdə çimərkən insanların əl-qollarına dolaşan və qəfildən qarşısına çıxan bu ilanlar onlarda təşviş, həyacan yaradır. Bu səbəbdən bəzi adamlar çimərliyə getməkdən qorxur.

Son.az xəbər verir ki, Zoologiya institutunun laboratoriya müdiri Təvəkkül İsgəndərov Qaynarinfo-ya açıqlamasında Bakıya ilanların kütləvi gəlmədiyini bildirib:

"İlanlar həmişə elə həmin ərazilərdə yaşayıb. Sadəcə, biz onları indi görürük. Bakının Xəzərsahili ərazilərinin çox yerlərindən çimərlik kimi istifadə olunur. Bu ərazilərdə dənizin çimərlik hissəsinə bitişik üst hissəsi daşlı-qayalı, kollu-koslu, insan ayağı dəyməyən quru ərazilərdir. Məsələn, Bilgəhdəki çimərliyin üst tərəfi daşlı-qayalı və kol-kos basmış vəhşi bir ərazidir. Bağ salınanda, evlər tikiləndə bu ilanlar təhlükələrdən qaçıb, sakit məkanlara sığınır".

Şöbə müdiri onların arasında zəhərli levantin gürzələrinin olduğunu diqqətə çatdırıb:

"Bunlar quru ilanlardır. Onların heç birinin dənizlə əlaqəsi yoxdur. Nə qidalamaq, nə də çoxalmaq üçün çimərliyin dəniz olan hissəsinə girmirlər. Yalnız bir halda onlar dənizə girir. Əgər ərazidə maşın saxlayarlarsa, ocaq qalayarlarsa, səs-küy onları narahat edərsə, ərazidə gizlənən ilanlar özünü xilas etmək üçün suya atıla bilərlər. Nəzəri cəhətdən bunlar mümkündür, amma praktik olaraq ilanların kütləvi şəkildə dənizə axın etməsi qeyri-mümkündür. Bu ancaq nadir hallarda ola bilər. İkincisi, çimərlik dediyimiz dəniz sahilində çoxlu qayalıqlar, daşlıqlar, cil yığıntıları, qamışlıqlar var. Belə gizlənməli ərazilərdə su ilanları olur, həta bəzən bu kütləvi hal daşıyır. Su ilanları yumurta qoymaq, bəzən də qidalanmaq üçün həmin yerlərə də çıxırlar".

Təvəkkül İsgəndərov deyir ki, ərazidə olan ilanlar çox vaxt uzaqdan müşahidə edilir:

"Aktiv çimərlik dövrü başlayanda insanlar daşlı-qayalı yerlərdə balıq tuturlar. Bu hal ilanları narahat edir. Belə narahatlığa məruz qalan su ilanları həmin daşlıq yerlərdən özlərini xilas etmək üçün üzərək başqa bir sahəyə keçməyə çalışırlar. Belə olan vaxtlar biz onları dənizdə də görə bilirik. Həmin vaxt ilanlar çimərlikdə olan adamlara rast gələ bilər. Bu ilanlardan insanlara təhlükə yoxdur. Çimən adam üçün fərq etməz, sadəcə qorxurlar".

Təvəkkül İsgəndərov bununla bağlı hər hansı tədbir növünün olmadığını vurğulayıb:

"Sadəcə insanlar ehtiyatlı olmalı, eyni zamanda ərazidə sakit hərəkət etməlidirlər".

Bakıda bu məşhur bazarın adı dəyişdi like
  • 17 İyl 16:58  
Digərləri Bakıda bu məşhur bazarın adı dəyişdi

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin

arrow Ətraflı
Fransa ordusu Senegalı tərk etdi like
  • 17 İyl 16:54  
Dünya Fransa ordusu Senegalı tərk etdi

Fransa bu gün rəsmi olaraq Senegaldakı son iki hərbi bazasını geri qaytar

arrow Ətraflı
Rusiyada azərbaycanlı deputat istefaya göndərildi like
  • 17 İyl 16:39  
Digərləri Rusiyada azərbaycanlı deputat istefaya göndərildi

Rusiyada fəaliyyət göstərən azərbaycanlı deputat Xalid Tağızadə istefa

arrow Ətraflı
Bəzi ərazilərdə qaz olmayacaq like
  • 17 İyl 16:33  
Digərləri Bəzi ərazilərdə qaz olmayacaq

Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatının verilişində fasil

arrow Ətraflı
Beyonsenin konsertində izdiham  Yaralananlar var like
  • 17 İyl 16:25  
Şou-biznes Beyonsenin konsertində izdiham Yaralananlar var

Amerikalı müğənni Beyonsun "Kovboy Karter" adlı konsertindən son

arrow Ətraflı
Rusiya daha üç yaşayış məntəqəsini işğal etdi like
  • 17 İyl 16:12  
Digərləri Rusiya daha üç yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu bir gündə Ukraynanın üç yaşayış məntəqəsini işğal edi

arrow Ətraflı
Çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlanıldı  VİDEO like
  • 17 İyl 15:58  
Digərləri Çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlanıldı VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilər

arrow Ətraflı
Simonyan arvadını boşadı – Onunla xəyanət edib like
  • 17 İyl 15:36  
Dünya Simonyan arvadını boşadı – Onunla xəyanət edib

Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşından boşanıb.

arrow Ətraflı
Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib  FOTO like
  • 17 İyl 15:24  
Siyasət Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

arrow Ətraflı
"Məni bu dünyadan bunlar köçürəcək" like
  • 17 İyl 15:00  
Şou-biznes "Məni bu dünyadan bunlar köçürəcək"

"Mən həmişə demişəm  ki, həssas adamam. Məni bu dünyadan ancaq ya

arrow Ətraflı
İraqda yanğında ölənlərin sayı artdı like
  • 17 İyl 14:50  
Dünya İraqda yanğında ölənlərin sayı artdı

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yan�

arrow Ətraflı
Klinika direktoru arvadını buna güllələyibmiş  FOTO like
  • 17 İyl 14:38  
Kriminal Klinika direktoru arvadını buna güllələyibmiş FOTO

Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda 39 yaşlı Vasif Kə

arrow Ətraflı
Bir gecədə Rusiya səmasında 122 PUA vuruldu like
  • 17 İyl 13:41  
Digərləri Bir gecədə Rusiya səmasında 122 PUA vuruldu

Ötən gecə Ukraynadan buraxılan 122 pilotsuz uçuş aparatı (PUA) hava hücu

arrow Ətraflı