Arvadını döyüb qaynını güllələdi FOTO
Kriminal 14 İyl 2025 22:45:00 53 0
Qısa arayış...
Bu xəbəri də oxu: Ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi
2020-ci il aprelin 16-da Xaçmazda güllələnmə hadisəsi olur. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanır. Məlum olur ki, hadisə zərərçəkmiş 1994-cü il təvəllüdlü Murad Allahverdiyevin yaşadığı evin qarşısında baş verib. "VAZ 21011" markalı avtomobilin sağ və sol ön qapılarında, darvazada və qaz borusunda güllə izləri, evin giriş qapısının qarşısında və dəhlizində qan ləkələri müəyyən edilib. Cinayəti törədən Fazil Quliyevə məxsus evin həyətindən 4 ədəd giliz və 5 ədəd patron qablaşdırılaraq götürülüb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. 1974-cü il təvəllüdlü Fazil Quliyev Xaçmaz rayon məhkəməsinin 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsi ilə 3 il azadlıqdan məhrum olunub. Bu cəza 2004-cü ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsində 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib.
Son.az bildirir ki, lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, 2020-ci il aprelin 16-ı saat 20 radələrində Fazil Quliyev sərxoş halda arvadını döydüyü üçün qaynı Murad Allahverdiyev evinə gələrək, onunla mübahisə edib. Bundan hiddətlənən Quliyev qohumunu evindən qovub və bir neçə saatdan sonra onu öldürmək məqsədi ilə zirzəmidən ov tüfəngini götürərək, küçəyə çıxıb. Murad Allahverdiyevi idarə etdiyi "VAZ 21011" markalı avtomobilinin sükanı arxasında görüb onun istiqamətində 4 dəfə atəş açıb. Yaralanan Allahverdiyev maşından düşüb həyətə daxil olmaq istəyərkən onu görüb və daha 2 dəfə də atəş açıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb və həyatı xilas olunub.
İş üzrə dindirilmiş Fazil Quliyev bildirib ki, 1997-ci ildə həmkəndlisi Azadə Quliyeva ilə ailə həyatı qurub. 2020-ci il aprelin 16-da yenə evdə spirtli içki içdiyindən yoldaşı narazılıq edib:
"Yaranmış mübahisə zamanı oğlum Bəybalanı vurub evdən qovdum. Bir müddətdən sonra övladım dayısı Muradla bir yerdə evə gəldi. Murad içəri daxil olan kimi, mənimlə mübahisə etməyə başladı. Uşağa niyə əl qaldırdığımı soruşanda, dedim ki, ailə işlərimə qarışmasın. Qaynımın üstümə gəlib, mənə ağıl verməsindən əsəbiləşdim. Murada bildirdim ki, bir də ailə işimə qarışsa, onu öldürəcəm. Qaynım çıxıb getdi. Bütün baş verənlər mənə çox pis təsir etdi. Saat 23 radələrində Muradın özünə məxsus "VAZ" markalı avtomobili ilə öz evlərinin qarşında dayandığını gördüm. Əsəbim soyumadığından zirzəmiyə düşüb mərhum atamdan qalan tüfəngi götürdüm. Patronların sayını dəqiq xatırlamıram. Darvazadan çölə çıxan kimi, odlu silahdan 6 dəfə atəş açdım. Birinci atəşdən sonra Murad maşından çıxdı.
Öldürmək məqsədi ilə dayanmadan onun istiqamətində atəş açdım. Növbəti gün şöbədə olanda bildim ki, Murad ayağından ağır xəsarət alaraq, xəstəxanada əməliyyat olunub". Zərərçəkmiş Murad Allahverdiyev ifadəsində göstərib ki, aprelin 16-da yeznəsi Fazil Quliyevin evinə gedərək, arvadını döydüyünü bilib:
50 gün ərzində razılaşma əldə olunmasa, ABŞ Rusiyaya tariflər tətbiq e

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərin

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron il�

Xəbər verdiyimiz kimi, aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun

Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və

Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�

"30 ildir bu sektordayam. Azərbaycanda "darknet"də reallaşan b

"Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölk�

Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması v�

Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoy

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə
