"Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir" VİDEO


Kriminal 14 İyl 2025 21:06:00 55 0

"Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir"  VİDEO

Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNESCO-nun Baş Konfransının 42-ci sessiyasının sədri Simona-Mirela Mikulesku İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib. Tədbir UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.

"Bəzi şəhərlər daşdan, bəziləri isə hekayələrdən inşa olunub. Bakı isə hər ikisini özündə birləşdirir," - deyə o bildirib.

Mikulesku Bakıya səfərini xatırlayaraq, şəhərin zəngin mədəni həyatı ilə bağlı parlaq xatirələrini bölüşüb: "Onun divarlarında Qərb, Ərəb, Fars, Osmanlı təsirlərinin izi var. Bakı lap əvvəldən insanların, ideyaların və dəyərlərin qovuşduğu mühüm yol qovşağı olub".

O, Şirvanşahlar Sarayı, Qız Qalası kimi abidələrin Ümumdünya İrs Siyahısına daxil edilməsinin təkcə qədim daş tikililərin və şəhər quruluşunun deyil, həm də şəhərin dərin antropoloji təbəqələrinin qorunub saxlanılması istiqamətində yeni səylərə ilham verdiyini vurğulayıb. "Bu əsər bəşəriyyətin mədəni sərvətini müəyyən edən irsi və yaddaşı qorumaq məqsədi daşıyır", - deyə Mikulesku qeyd edib.

Bakının canlı ruhundan danışan Mikulesku şəhərin parlaq ənənələri, musiqisi və gündəlik incəsənəti barədə söz açıb, bunların mədəni irs obyektlərindən kənarda da geniş əks-səda doğurduğunu bildirib. O, xüsusilə Bakının inkişaf etmiş caz ənənələrini şəhərin yaradıcı ruhunun göstəricisi kimi vurğulayıb.

"Bakının caz səhnəsi şəhərin tarixi irsini müasir mədəniyyət ifadəsi ilə birləşdirərək onun yaradıcı kimliyinin güclü ifadəsidir", - deyə o bildirib. Bu bədii enerji memarlıqda, dizaynda, kinoda və rəqəmsal innovasiyalarda özünü göstərir, dinamik mədəni mənzərə formalaşdırır.

Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

"Deyirdilər ki, türkləri buraya niyə gətirmisiniz?"  FOTO like
  • 14 İyl 21:05  
Digərləri "Deyirdilər ki, türkləri buraya niyə gətirmisiniz?" FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
8 kənd qazsız qalacaq  Bu tarixdən... like
  • 14 İyl 21:00  
Digərləri 8 kənd qazsız qalacaq Bu tarixdən...

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Zaxarova Departamentin bu qərarını lağa qoydu like
  • 14 İyl 20:48  
Dünya Zaxarova Departamentin bu qərarını lağa qoydu

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması v�

arrow Ətraflı
İspaniyada istidən 1180 nəfər öldü like
  • 14 İyl 20:36  
Dünya İspaniyada istidən 1180 nəfər öldü

Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoy

arrow Ətraflı
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu  VİDEO like
  • 14 İyl 20:35  
Digərləri Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

arrow Ətraflı
Polkovnik Ələsgər Ələsgərova yüksək vəzifə verildi like
  • 14 İyl 20:24  
Digərləri Polkovnik Ələsgər Ələsgərova yüksək vəzifə verildi

Polkovnik Ələsgər Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəlad

arrow Ətraflı
İtaliya parlamentində süni intellekt dövrü başladı like
  • 14 İyl 20:12  
Dünya İtaliya parlamentində süni intellekt dövrü başladı

İtaliya rəqəmsal siyasətdə yeni mərhələyə qədəm qoyur. Belə ki, ölk

arrow Ətraflı
Yay fəsli bu üç BÜRC üçün dönüş nöqtəsi olacaq like
  • 14 İyl 20:00  
Digərləri Yay fəsli bu üç BÜRC üçün dönüş nöqtəsi olacaq

Yay fəsli ilə birlikdə bir çox insanın həyatında yeni dövrlər başlayac

arrow Ətraflı
Sabahın havası ilə bağlı xəbərdarlıq like
  • 14 İyl 19:48  
Digərləri Sabahın havası ilə bağlı xəbərdarlıq

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şər

arrow Ətraflı
Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər  VİDEO like
  • 14 İyl 19:36  
Digərləri Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı

arrow Ətraflı
Tramp AzərbaycanErmənistan münasibətlərindən danışdı like
  • 14 İyl 19:32  
Dünya Tramp AzərbaycanErmənistan münasibətlərindən danışdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normall

arrow Ətraflı
Prostat xərçənginin necə yarandığı məlum oldu like
  • 14 İyl 19:24  
Digərləri Prostat xərçənginin necə yarandığı məlum oldu

Alimlər prostat xərçənginin inkişaf mexanizmini daha yaxşı anlamağa imka

arrow Ətraflı
"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi" like
  • 14 İyl 19:12  
Digərləri "Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi"

"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, ma�

arrow Ətraflı
Kim Çendən Rusiyaya  “qeydşərtsiz dəstək” like
  • 14 İyl 19:00  
Dünya Kim Çendən Rusiyaya “qeydşərtsiz dəstək”

Şimali Koreya lideri Kim Çen In Ukrayna ilə müharibədə Rusiyaya "qeyd

arrow Ətraflı