Azərbaycanın UNESCOnun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək Səfir Elman Abdullayev FOTO


Kriminal 14 İyl 2025 19:14:00 66 0

Azərbaycanın UNESCOnun Ümumdünya İrs Mərkəzinə dəstəyi davam etdiriləcək  Səfir Elman Abdullayev  FOTO

Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Mərkəzinə dəstəyi gələcəkdə də davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Parisdə keçirilən 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə açılış nitqində deyib.

Səfir E.Abdullayev bildirib ki, "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi" Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi ərazisi kimi xüsusi əhəmiyyət daşıyır.

Səfir 2000-ci ilin dekabr ayında baş tutmuş bu tarixi və qürurverici hadisənin Azərbaycanın Ümumdünya İrs Komitəsi ilə fəal əməkdaşlığının başlanğıcı olduğunu vurğulayıb.

"Bu tarixi hadisənin 25 illiyini qeyd edərək, keçmişə hörmətimizi ifadə edir, eyni zamanda, gələcək nəsillər üçün mədəni irsimizin qorunmasına və tanıdılmasına sadiqliyimizi bir daha təsdiqləyirik", - deyə bildirib.

Səfir E.Abdullayev vurğulayıb ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu bu unikal irs ərazisinin qorunması, yenidən qurulması və müasirləşdirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub.

Çıxışı zamanı səfir E.Abdullayev UNESCO-nun Ümumdünya İrs Mərkəzi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək, Azərbaycanın sözügedən Mərkəzə dəstəyini qeyd edib və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu - "Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri" olub.

"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.

Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.

Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.

"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi" like
  • 14 İyl 19:12  
Digərləri "Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi"

"Əlimyandı"da aldığım maşınla heç 100 km sürə bilmədim, ma�

arrow Ətraflı
Kim Çendən Rusiyaya  “qeydşərtsiz dəstək” like
  • 14 İyl 19:00  
Dünya Kim Çendən Rusiyaya “qeydşərtsiz dəstək”

Şimali Koreya lideri Kim Çen In Ukrayna ilə müharibədə Rusiyaya "qeyd

arrow Ətraflı
Dənizə gedənlərin nəzərinə: Çimərliklərdə görünməyən təhlükə  VİDEO like
  • 14 İyl 18:48  
Digərləri Dənizə gedənlərin nəzərinə: Çimərliklərdə görünməyən təhlükə VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalması ilə çimərlik sahələrind�

arrow Ətraflı
Rusiya ordusu bu yaşayış məntəqələrini ələ keçirdi like
  • 14 İyl 18:24  
Digərləri Rusiya ordusu bu yaşayış məntəqələrini ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Donetsk və Zaporojye vilayətlərində müvafiq ol

arrow Ətraflı
ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif etdi like
  • 14 İyl 18:20  
Dünya ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif etdi

ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif edib.

arrow Ətraflı
"İphone"lardaki bu qara dairə nə üçündür?  FOTO like
  • 14 İyl 18:12  
Digərləri "İphone"lardaki bu qara dairə nə üçündür? FOTO

"iPhone" smartfonlarının arxa hissəsindəki kiçik qara dairə bir

arrow Ətraflı
Kosmosa ilk rabitə peykini buraxdılar like
  • 14 İyl 18:00  
Dünya Kosmosa ilk rabitə peykini buraxdılar

İsrailin "Dror-1" rabitə peyki iyulun 13-də ABŞ-nin Florida ştat�

arrow Ətraflı
Rusiyada helikopter radardan itdi  5 nəfər... like
  • 14 İyl 17:46  
Digərləri Rusiyada helikopter radardan itdi 5 nəfər...

 Rusiyanın Xabarovsk diyarında "APК Vzlyot" şirkətinə məxsus M

arrow Ətraflı
"Şöşü" xəstəxanalıq oldu  FOTO like
  • 14 İyl 17:36  
Şou-biznes "Şöşü" xəstəxanalıq oldu FOTO

Aktyor Ramil Babayev əməliyyat olunub.

arrow Ətraflı
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı  efirdə yerə SƏRİLDİ like
  • 14 İyl 17:31  
Digərləri Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı efirdə yerə SƏRİLDİ

Nigar Fərhadın aparıcılığı ilə yayımlanan "Sözün bitdiyi an"

arrow Ətraflı
"Aİ Bakı və İrəvanın sülh müqaviləsi imzalayacağına ümid edir" like
  • 14 İyl 17:22  
Siyasət "Aİ Bakı və İrəvanın sülh müqaviləsi imzalayacağına ümid edir"

Aİ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalana

arrow Ətraflı
HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı  FOTO like
  • 14 İyl 16:45  
Digərləri HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı FOTO

Süni intellekt əsaslı ağıllı cihazlar və texnologiya ekosistemləri sahə

arrow Ətraflı