"Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib"
Kriminal 14 İyl 2025 21:52:00 80 0
Son 25 il ərzində Azərbaycan özünəməxsus mədəni irsinin qorunması və təbliği işinə sadiqliyini qətiyyətlə nümayiş etdirib.
Bu xəbəri də oxu: 85 yaşlı qadını oğlu döyüb öldürdü
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib. Tədbir UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində keçirilib.
"Düşünürəm ki, hələ Bakıda olmayanlar bu möhtəşəm şəhəri mütləq görməlidir. Bakı xüsusilə çoxəsrlik mədəni mübadilənin, memarlıq yeniliklərinin və davamlı şəhər inkişafının şahididir," - deyə Assomo bildirib.
Onun sözlərinə görə, şəhərin qədim görünüşü, incə memarlıq üslubunda inşa edilmiş sarayları və Qız qalası əsrlər boyu sivilizasiyaların qovşağı olmuş bu şəhərin zənginliyini əks etdirir.
"Səfərim zamanı aparılan bərpa işlərinin şahidi oldum. Beynəlxalq ictimaiyyətlə əməkdaşlıq və yerli əhalinin iştirakı sayəsində İçərişəhər təkcə qorunan ərazi deyil, həm də orada yaşayan insanlar üçün canlı və aktual məkan olaraq qalır," - deyə Mərkəzin direktoru vurğulayıb.
Assomo əlavə edib ki, UNESCO və onun Dünya İrs Mərkəzi Azərbaycanın İçərişəhər və digər mədəni irs obyektlərinin qorunması işində etibarlı tərəfdaşı olaraq qalır.
"Biz bir sıra obyektləri onların qorunması və tarixi kontekstdə saxlanması baxımından araşdırmışıq. Keçmiş nailiyyətlər üzərində düşünərkən, gələcəyə də baxmalıyıq. İnsanlar getdikcə daha yaradıcı olur və biz daha dayanıqlı cəmiyyətin qurulması naminə mədəni fəaliyyətimizi davam etdirməliyik," - deyə Assomo qeyd edib.
Qeyd edək ki, UNESCO-nun 6-16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimat olub.
Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu - "Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri" olub.
"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.
Rusiya prezidenti Vladimir Putin valideynləri ilə bağlı xatirələrini böl�

"30 ildir bu sektordayam. Azərbaycanda "darknet"də reallaşan b

"Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölk�

Bakı mədəniyyətlərin və ideyaların mühüm kəsişmə nöqtəsidir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması v�

Son iki ayda isti hava dalğaları İspaniyada 1180 nəfərin həyatına son qoy

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilə

Polkovnik Ələsgər Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəlad

İtaliya rəqəmsal siyasətdə yeni mərhələyə qədəm qoyur. Belə ki, ölk

Yay fəsli ilə birlikdə bir çox insanın həyatında yeni dövrlər başlayac

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şər

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı
