Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb FOTO
Siyasət 04 İyl 2025 12:51:00 86 0
İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Bu xəbəri də oxu: Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdi.
Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırladı. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd etdi. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırladı.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olundu, regional məsələlərə dair fikir mübadiləsi aparıldı.
Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqti

Müğənni Əminə Şirin efirlərin birində qonaq olub.

İtaliyanın paytaxtı Romada yanacaqdoldurma məntəqəsində güclü partlayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndid�

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılan və h

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əmək

Müasir beynəlxalq təhlükəsizlik arxitekturası qlobal miqyasda gedən dəri

Son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölk

Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasın�

Xalq artisti Mələkxanım Eyubovanın dəbdəbəli bağ evindən görüntü ya

Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda

Türkiyənin İYİ Partiyasının sədri və millət vəkili Müsavat Dərvişo�

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş

İngiltərədə yaşayan 44 yaşlı Laura Dawson bağırsaq xərçəngi diaqnoz
