Prezidenti Xankəndidə Sultan Əhməd ƏlCabiri qəbul edib FOTO
Siyasət 04 İyl 2025 12:18:00 75 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu xəbəri də oxu: Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.
Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşünün işinə uğurlar arzuladı. Qonaq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını dedi.
Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edildi.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulandı.
Söhbət zamanı "Masdar" şirkətinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq və strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılan və h

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əmək

Müasir beynəlxalq təhlükəsizlik arxitekturası qlobal miqyasda gedən dəri

Son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölk

Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasın�

Xalq artisti Mələkxanım Eyubovanın dəbdəbəli bağ evindən görüntü ya

Bakının mərkəzi küçələrində xüsusi geyimli "kahinlər" peyda

Türkiyənin İYİ Partiyasının sədri və millət vəkili Müsavat Dərvişo�

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş

İngiltərədə yaşayan 44 yaşlı Laura Dawson bağırsaq xərçəngi diaqnoz

"Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyəd�

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı - M�

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald T

Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqli

Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəf�
