Azərbaycanın QDİƏT sədrliyi çərçivəsində XİN rəhbərləri Şurasının 50ci yubiley iclası təşkil olunub


Siyasət 27 İyn 2025 21:58:00 55 0

Azərbaycanın QDİƏT sədrliyi çərçivəsində XİN rəhbərləri Şurasının 50ci yubiley iclası təşkil olunub

27 iyun tarixində Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası videokonfrans formatında təşkil olunub.

XİN-dən Son.az-ə bildirilib ki, iclas zamanı müxtəlif sahələr üzrə QDİƏT daxilində mövcud təşəbbüslərin və yeni layihələrin reallaşdırılması, Təşkilatın müxtəlif sahəvi İşçi Qruplarının fəaliyyətinin nəticələri, QDİƏT-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi və təşkilatın iqtisadi gündəliyinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, QDİƏT-in əlaqəli qurumları ilə əməkdaşlığın xüsusi rolunu nəzərə alaraq, onlarla mövcud qarşılıqlı fəaliyyət nəzərdən keçirilərək hazırkı əməkdaşlığın gücləndirilməsi üçün gələcək imkanlar müzakirə olunub.

QDİƏT regionunda əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları səsləndirilib, müvafiq qərar, tövsiyə və qətnamələr Nazirlər Şurası tərəfindən qəbul edilib.

Üzv ölkələr və QDİƏT Baş Katibi öz çıxışlarında son yarım il ərzində təşkilatın fəaliyyətini sədr ölkə qismində "Bağlantıların gücləndirilməsi, inkişafın təşviqi" şüarı altında fəal, inklüziv və effektiv şəkildə əlaqələndirdiyinə və irəlilətdiyinə görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə ediblər. Toplantının sonunda təşkilatda sədrlik növbəti altı ay müddətinə Bolqarıstana təhvil verilib.

Azərbaycan Respublikasının sədrliyi dövründə QDİƏT çərçivəsində regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat, enerji, rəqəmsallaşma və ticarət sahələrində inteqrasiyanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Azərbaycan eyni zamanda, QDİƏT Biznes Şurasına və QDİƏT Parlament Assambleyasına (PABSEC) da sədrlik edib və bu format çərçivəsində üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayırıb.  

Kadırov oğlunu evləndirir like
  • 27 İyn 21:41  
Dünya Kadırov oğlunu evləndirir

Çeçenistanın rəhbəri Ramzan Kadırovun üçüncü oğlu, 17 yaşlı Adam Ka

arrow Ətraflı
Günel hindistanlı həyat yoldaşından danışdı like
  • 27 İyn 21:28  
Şou-biznes Günel hindistanlı həyat yoldaşından danışdı

Keçmiş parıcı Günel Musəvi hindistanlı iş adamı ilə ailə qurmasından

arrow Ətraflı
Çinlə imzaladıq, bu ölkə ilə də böyük saziş olacaq  Tramp like
  • 27 İyn 20:43  
Dünya Çinlə imzaladıq, bu ölkə ilə də böyük saziş olacaq Tramp

ABŞ 25 iyunda Çinlə yeni ticarət razılaşması imzalayıb və tezliklə Hin

arrow Ətraflı
İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik  XİN like
  • 27 İyn 20:29  
Siyasət İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik XİN

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sob

arrow Ətraflı
Özünü tanınmaz hala saldı  FOTO like
  • 27 İyn 20:27  
Şou-biznes Özünü tanınmaz hala saldı FOTO

İki mövsüm boyunca yayımlanan "Kızıl Goncalar" serialında canla

arrow Ətraflı
"Azərbaycanfilm"də bundan əvvəl də partlayış baş verib: "7 nəfər ölmüşdü" like
  • 27 İyn 20:14  
Digərləri "Azərbaycanfilm"də bundan əvvəl də partlayış baş verib: "7 nəfər ölmüşdü"

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir&

arrow Ətraflı
Pulunu dollarla saxlamaq istəyənlərə like
  • 27 İyn 19:59  
Digərləri Pulunu dollarla saxlamaq istəyənlərə

Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JP Morgan, ABŞ dolların�

arrow Ətraflı
Ermənistanda polis arxiyepiskop tərəfdarlarını saxladı like
  • 27 İyn 19:34  
Digərləri Ermənistanda polis arxiyepiskop tərəfdarlarını saxladı

Polis Ermənistan İstintaq Komitəsinin yaxınlığında arxiyepiskop Mikael Ac

arrow Ətraflı
Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib  Rəsmi like
  • 27 İyn 19:21  
Digərləri Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiya imt

arrow Ətraflı
CeyLonu görmək istəyənlər 100 min ödəməli olacaq like
  • 27 İyn 19:16  
Şou-biznes CeyLonu görmək istəyənlər 100 min ödəməli olacaq

Amerikalı ulduz Cenifer Lopez 2025-ci il avqustun 5-də İstanbulda verəcəyi

arrow Ətraflı
Qərb ikili standartlar uğrunda: Ermənistan nümunəsi like
  • 27 İyn 19:04  
Siyasət Qərb ikili standartlar uğrunda: Ermənistan nümunəsi

Son illər Ermənistanın daxilində müşahidə edilən siyasi gərginlik, hüq

arrow Ətraflı
Uzunömürlü olmaq üçün ideal çəki açıqlandı like
  • 27 İyn 18:49  
Digərləri Uzunömürlü olmaq üçün ideal çəki açıqlandı

Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömr

arrow Ətraflı
Dünya xaosa qərq olacaq, 5 milyard insan öləcək like
  • 27 İyn 18:39  
Dünya Dünya xaosa qərq olacaq, 5 milyard insan öləcək

Qlobal nüvə müharibəsindən sonra sağ qalmaq demək olar ki, mümkün olmay

arrow Ətraflı
Kosmos tarixində bir ilk  4 astronavt BKSyə çatdı like
  • 27 İyn 18:27  
Dünya Kosmos tarixində bir ilk 4 astronavt BKSyə çatdı

İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd as

arrow Ətraflı