Xankəndi beynəlxalq diplomatiyanın yeni mərkəzinə çevrilir Bölgədə yeni mərhələ
Siyasət 25 İyn 2025 13:33:00 66 0
"Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir".
Bu xəbəri də oxu: İstintaq və təhqiqat orqanları struktur qurumlarının rəhbərlərinə yeni səlahiyyət verildi
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün AzTV-yə Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə dair açıqlamasında deyib.
Səfirin sözlərinə görə, iyulun 3-ü və 4-də baş tutacaq sammitdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək: "Bu tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq".
Birol Akgün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb:
"Biz səfirlik olaraq Bakıda iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına dəstək verməyə davam edirik. Bütün akademik araşdırmalarda Türkiyədə "ən çox güvəndiyiniz xalq kimdir?" sualına cavab olaraq Azərbaycan göstərilir. Azərbaycanda aparılan sorğularda isə eyni cavab Türkiyədir. Bu, həm elmi, həm də mənəvi baxımdan hər iki xalqın bir-birinə nə qədər yaxın olduğunu sübut edir".
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək. İyulun 3-ü və 4-də baş tutacaq tədbirdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək. Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq.
Belarusun paytaxtı Minsk şəhərində Belarus və Azərbaycan jurnalistlərini

ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekun bəyanatında "Rusiya t�

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran li

Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə "general-ma

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüks

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüks

Prezident İlham Əliyev "Cəzaçəkmə müəssisələrində peşə təhsil

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual Məc�

Qırğızıstanda əxlaqsız saytlara girişin qadağan olunması üçün qanun

Baqrat Qalstanyan evində aparılan axtarışlardan sonra Ermənistan MTX tərə

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadı

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən Bakıda v�
