Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb
Siyasət 23 İyn 2025 14:38:00 53 0
İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "bank sistemi" barədə prokurun suallarını cavablandırıb.
Bu xəbəri də oxu: “Yevlax” qovşaq yarımstansiyasının, Regional TəlimTədris və Laboratoriya Mərkəzinin açılışı olub
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas "bankı" kimi təqdim olunan "Artsaxbank"ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən "bank" olduğunu söyləyib. "Bank"ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin "bank"ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.
"O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi", - deyə A.Harutyunyan əlavə edib.
Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Xəbərə aid video
İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana �

Birləşmiş Ştatların son düşmənçilik hərəkətləri İran Silahlı Qüv

"Yenə yanacaqlarımızda problem var, rəngi dəyişib".

Qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran hadisə qeydə alınıb

"Bakı Piano Festivalı 2025" Rotunda Roof Garden-da Gürcüstanın Za

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy r

İsrail Hərbi Hava Qüvvələri İranın 6 aviabazasına zərbələr endirib.

ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra bölgədə radiasiya

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York

Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido

Yaxın günlərdə həyatını itirən sosial media fenomeni Nihal Candanın öl

Ölkədə onlarla insan var ki, ev almaq üçün ilkin ödənişi ödəməyə im

Brüs Li süni intellektin gücü ilə yenidən böyük ekrana qayıdır.

"ABŞ-ın İrana son dağıdıcı zərbəsindən sonra neft-qaz bazarların
