Prezident Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib FOTO
Siyasət 23 İyn 2025 13:32:00 52 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda "Konstralab Industries" QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Bu xəbəri də oxu: İlham Əliyev BakıƏlətQazaxGürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
İsrail Hərbi Hava Qüvvələri İranın 6 aviabazasına zərbələr endirib.

ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra bölgədə radiasiya

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York

Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido

Yaxın günlərdə həyatını itirən sosial media fenomeni Nihal Candanın öl

Ölkədə onlarla insan var ki, ev almaq üçün ilkin ödənişi ödəməyə im

Brüs Li süni intellektin gücü ilə yenidən böyük ekrana qayıdır.

"ABŞ-ın İrana son dağıdıcı zərbəsindən sonra neft-qaz bazarların

"Əgər ABŞ İsraili İranla mümkün münaqişədə birbaşa dəstəkləy

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Rusiya Prezidenti Vladimir Putin iyunun 23-də amerikalı həmkarı Donald Tramp

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onu

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Yodla zəngin qidalar qalxanabənzər vəzin normal işləməsi və hormon balan

İyunun 23-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi ray
