Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi
Siyasət 12 İyn 2025 11:01:00 81 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.
Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
Malatyada qadın onu narahat edən kişini güllələyib.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların

Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələlə

Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına

Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həya

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nətic

Tanınmış aktyor 87 yaşlı Harris Yulin Nyu-York şəhərində ürək tutmas�

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.

Türkiyənin Amasiya şəhərində 39 nəfər ailəvi şənlikdən sonra qida z�

Məşhur "Beach Boys" rok qrupunun yaradıcısı Brayan Uilson 82 yaş

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
