Prezident TDTnin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri iclasının iştirakçılarına məktub göndərib
Siyasət 12 İyn 2025 10:37:00 78 0
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda ikinci iclasının iştirakçılarına məktub ünvanlayıb.
Bu xəbəri də oxu: Rəsmi Bakıdan İsrailİran qarşıdurması ilə bağlı BƏYANAT
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki məktubda deyilir:
"Hörmətli iclas iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.
Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır.
Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.
Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.
Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi birgə hədəflərin müəyyənləşməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaqdır".
Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına

Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həya

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nətic

Tanınmış aktyor 87 yaşlı Harris Yulin Nyu-York şəhərində ürək tutmas�

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.

Türkiyənin Amasiya şəhərində 39 nəfər ailəvi şənlikdən sonra qida z�

Məşhur "Beach Boys" rok qrupunun yaradıcısı Brayan Uilson 82 yaş

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin tə

"Hababam Sınıfı" filmində "Semra Hoca" rolunu oynayan Se

Çox sayda insan yüksək qan təzyiqindən əziyyət çəkir və bu vəziyyət

Ağızdan pis qoxunun gəlməsi əksər insanların üzləşdiyi problemlərdən

Yay aylarının vazkeçilməzi olan kondisionerlər düzgün təmizlənmədikdə
